Futbol

“Old Firm” derbisi 4 il sonra

803views

Celtic və Rangers 4 illik fasilədən sonra yenidən çempionatda qarşılaşacaq.

Şotlandiyanın əsas liqası olan Premyerşipdə 4 illik həsrətə son qoyulur. Liqanın 5ci həftəsində ölkənin və Glasgow əyalətinin 2 ən köklü komandası Celtic və Rangers sabah 60000 tamaşaçı tutumu olan Celtic Park-da üz-üzə gələcək.

Son 5 ildir ard-arda ölkə çempionu olan Celtic ilk 4 turda 1 oyun az keçirərək 9 xal ilə 1ci yerdə qərarlaşır. Rangers isə 4 turdan sonra 8 xal toplayaraq 2-ci yerdə Celtici izləyir.

Qeyd edək ki, Rangers 2011-2012 sezonundan sonra iflas edərək 4-cü diviziyona düşürülmüşdü. Sonra yenidən vəziyyətini düzəldən Rangers bu 4 ildə əsas liqaya qədər çıxmağı bacardı. Xatırladaq ki, Rangers 54 qat Şotlandiya çempionudur.

Elnur Cəfərov
idman xəbərləri yazarı