Kosmos

Okeanlarla örtülü planet kəşf edildi

839views

Günəşə ən yaxın ulduz olan Proxima Centaurinin orbitində okeanla örtülü planet kəşf edildi.

Fransa mərkəzli CNRS araşdırma institutu, Günəşə ən yaxın ulduz olan Proxima Centaurinin orbitində olan Proxima b adlı planetin səthində okean yerləşdiyi kəşfini bildirib. Fransız mütəxəssislər hələ planetin səthinin nə dərəcədə bir su ilə örtülü olduğuna dair konkret bir məlumat əldə edə bilmədiklərini ancaq Proxima b-nin dünyayla ciddi oxşarlıqlar daşıdığını qeyd edib. Dünyadan 4 işıq ili uzaqda olan planetin həcminin yüzdə 50’sinin su, yüzdə 50’sinin isə qayalıqlardan ibarət olmasının mümkün olduğu qeyd olunub. Bu ssenariyə görə, Proxima b-nin səthinin tək və 200 kilometr dərinlikdə okean təbəqəsi ilə örtülü olduğu ehtimal edilir. Digər bir ssenariyə görə dünyanın 1.3 qatı böyüklükdə olan planetin səthindəki su, Proxima b-nin kütləsinin yalnız yüzdə 0.05-ni tuta bilər. CNRSDEN edilən açıqlamada “Proxima b-nin ətrafı, eynilə dünya kimi bir qaz təbəqəsi ilə əhatəli ola bilər. Bu da bu planeti yaşanıla bilən edir” ifadələrinə yer verilib.