Dünya

Oğrular ev sahibinin bir addımlığında (Video)

272views

ABŞ’ın Florida Ştatında, Brevard Polis İdarəsi, ev yiyəsinin yatdığı bir vaxtda mənzilə girən oğruların video görüntüsünü yayımlayıb.

Evə girən iki oğru, mobil telefon, kredit kartları və tapança götürərək səsizcə aradan çıxıblar.

Evdə quraşdırılan təhlükəsizlik kamerası görüntülərində, oğrulardan birinin, divanda yatan ev sahiblərinin əşyalarını qarışdırdığını və bəzilərini özü ilə bərabər aparması aydın şəkildə görsənir.

Oğrular eyni zamanda uşaqların yatdığı yerə də girib bəzi dəyərli əşyaları özləri ilə aparıblar.