Astrologiya

Oğlaq bürcü qadını və kişisi

Oğlaq Bürce haqqında informasiyalar
17.1Kviews

Oğlaq bürcü (22 Dekabr – 20 Yanvar)

ÜMUMİ XÜSUSİYYƏTLƏRİ

Ulduzunuz: Saturn (İntizam və nizamlılıq)
Qrupunuz: Torpaq, mənfi
Bürcünün cinsiyyəti: Dişi
Bürcünün növü: Qabaqcıl
İstedadınız: Qərar və müqavimət
Əməliniz: Yüksəlmək
Məqsədiniz: Ali səviyyəyə çatıb başda qalmaq
Mənfi cəhətiniz: Artıq maraq
Uğurlu gününüz: Şənbə
Uğurlu daşınız: Lal daşı
Uğurlu rənginiz: Boz, tünd qəhvəyi, nefti
Uğurlu çiçəkləriniz: Qara gül, məxmər çiçəyi, kamelya
Uğurlu qoxular: Kamelya, şüşə, nərgiz
Uğurlu musiqiniz: Xalq Musiqisi
Ehtimal olunan xəstəliyiniz: Diz, dəri, üz və həzm sistemi xəstəlikləri
Evlilik üçün uyğun olan xanım bürcü: Buğa və Sünbül
Müvəffəqiyyətli olacağınız peşələr: Metal sənəti, əkinçilik, memarlıq, planlama, meşəçilik, ordu, həkimlik, kimyagərlik, stomatologiya, bərbərlik, gözəllik ixtisası, dövlət məmuru, zərgərlik
Müsbət cəhətləri: Təmkinli və fədakar. Etibarlı və dürüst. Nizam qurucu, rəhbər, işgüzar. Dərin anlayış gücünə malik, digər insanların ehtiyaclarını anında öncədən görmə bacarığı.
Mənfi cəhətləri: Xəsis və tələb edici. Laqeyd və sıx ağızlı. Avtoritar. Doymaq bilmir və ehtiraslıdır. Sadəcə mövqe və prestijə qiymət verici.

SƏCİYYƏVİ XÜSUSİYYƏTLƏRİ

Oğlaq cəmiyyət içindəki yerini əmələ gətirmək üçün məğlubiyyətlər, qeyri-müəyyənliklər, kiçik qazanclarla keçən uzun zamanlar və maneələrlə qarşılaşır. Təzyiqlərə dözmək üçün iki mənbəyə malikdir: Səbr və intizam. Digər bürclərin əksinə, o gözləyə bilir. Qərarını verdikdən sonra təzyiqlərə məhəl qoymadan yoluna davam edər. Hədəfə çatmaq üçün hisslərin nəzarət edilməsi və istiqamətləndirilməsi lazımdır. Təhlükəli olan bunların hamısının öhdəsindən gəlməkdir. Oğlağı digər mənbəyi, instinktiv pratiklikdir. Xəyalların həyatındakı yeri, o xəyalların həyata keçməsi ehtimalına bağlıdır. Ən yüksək mənada zirvəyə qalxmaq istəyir. Özünə hörməti var və kim olduğunu bilir. Strategiyası, erkən inkişaf dövrlərində təkbaşına vaxt keçirməkdir. Sonra cəmiyyətin var etdiyi dünyaya girir. Tək hədəfi var. Özünə təbii gələni etmək. Aldığı ictimai rolda öz mənliyini ifadə edə bilir. Tərifə və biganəliyə fikir vermədən məqsədində irəli gedə bilir.

OĞLAQ BÜRCÜ KİŞİLƏRİ

Bu bürcdən olan kişi, hər şeydən əvvəl ehtiraslıdır. Çox gənc yaşdan etibarən yüksəlməyi, uğura nail olmağı xəyal edər. Hər arzusuna qovuşacaq qədər ağıllı, güclü, çalışqan, səbarli və diqqətlidir. Onun üçün pulun böyük əhəmiyyəti vardır. Bəyəndiyi, sevdiyi insana hər şeyi verə bilər, amma israfçılıqdan heç xoşlanmaz. Oğlaq bürcü kişisinə zidd bürcü olan Xərçəngdən aldığı təsirlə zaman içərisində bədbin olub və həyata küsərlər kimi ola bilirlər. Bunun səbəbini adətən özü belə bilmir. Həmçinin Oğlaq kişi tez qırılır. Bu bürcdə doğulan oğlan yaxşı pul qazanır. Bu gün imkanlı olmasa belə, sabah sərvət qazana bilər. Pula hörməti var.

OĞLAQ BÜRCÜ QADINI
Oğlaq bürcündə doğulan qadınlar cəmiyyətdə çox bəyənilən, zərif, xoş, nəzakətli maraq çəkən tiplərdir. Eyni zamanda zəkalıdırlar. Diqqətli hərəkət etməyi sevir və hamıya asan güvənməzlər. Ehtiyatlı və şübhəçidilər. Hörmətsizlikdən, cəhalətdən nifrət edirlər. Ətrafındakı kişilərlə məşğul olur və onlarla möhkəm dostluqlar qururlar. İdeal iş qadınıdırlar. Seçdikləri işdə tez müvəffəqiyyət qazanırlar. Çox fəal, çalışqan və ehtiraslıdır. Cəmiyyətdə çox bəyənilirlər, çünki yaraşacaq şəkildə geyinməyi, makiyaj etməsini bilir və daim zövqlü şeyləri seçirlər.

Əlaqədar mövzu: Oğlaq bürcündə doğulan tarixi şəxsiyyətlər

YÜKSƏLƏN BÜRCÜNÜZ OĞLAQ

Əgər Astroloji xəritənizdə Oğlaq Bürcünüz yüksəlirsə o zaman ciddi və çox diqqətli bir nəfərsiniz deməkdir. Gördüyünüz hər işdə son dərəcə sabit qərarlar alıb işə elə başlayarsınız. Yəni hər gördüyünüz iş sistemli və mütəşəkkil olmalıdır. Həmçinin həyatınızda daim təhlükə içində yaşamaq istərdiniz. Əgər digər insanlar üzərində hakimiyyət sahibi olmaq istəyirsinizsə, ilk növbədə özünüz başqalarına necə xidmət və yardım göstərə biləcəyiniz barədə düşünməniz lazımdır. Sizcə, bu davranış tərzi digər insanların hörmət və sevgilərini əldə etmək üçün lazım olan tək yoldurmu? Məsuliyyət hissiniz son dərəcə inkişaf etmiş olduğu üçün ciddi bir mövqe nümayiş etdirirsiniz ətrafınıza qarşı. Zaman gedib yaşlandıqca daha da formalaşacaqsınız. Peşəkar bir uğur əldə etməyiniz mümkündür amma bir az zaman alacaq.

Digər bürclər:

[vc_row]

[vc_column width=”1/3″]qoch

Qoç bürcü

buga

Buğa bürcü

ekizler

Əkizlər bürcü

xerceng

Xərçəng bürcü[/vc_column]

[vc_column width=”1/3″]
shir

Şir bürcü

qizlar

Qız bürcü

terezi

Tərəzi bürcü

eqreb

Əqrəb bürcü[/vc_column]

[vc_column width=”1/3″]
oxatan

Oxatan bürcü

oglaq

Oğlaq bürcü

dolca

Dolça bürcü

baliqlarBalıqlar bürcü[/vc_column][/vc_row]