Gündəm

Obamadan tarixi etiraf : ” Vyetnam müharibəsi zamanı..

959views

ABŞ prezidenti Barak Obama, Cənubi-qərbi Asiya Ölkələr Birliyi (ASEAN) 2016 Liderlərin zirvə toplantısında iştirak etmək üçün, Laos-un paytaxtı Viantiene şəhərində səfərdə olub.

BN-PR909_0906la_P_20160906013207
Bu ziyarəti ilə Barak Obama, Laos-a səfər edən ilk Amerikalı prezident olub. Bundan əlavə çıxışı zamanı, Vyetnam müharibəsi davam etdiyi vaxtda, 1964-cü il və 1973-cü illəri arasında Laos-a iki milyon ton bomba atdıqlarını da etiraf etdi. Bundan sonra, Laos ilə olan münasibətlərin də genişlənməsi üçün əlindən gələni edəcəyinin sözünü verdi.

obama-laos_759

Laos torpaqlarında olan partlamamış bombalardan da xəbəri olduğunu bildirən Obama, bu bombaların təmizlənməsi üçün 90 milyon dollarlıq bir büdcə ayıracaqlarını bildirdi.

Obama ” Mən bu gün də müharibə qalıqlarının Laos-da həyatı əzdiyini bilirəm. Bura atılan bombaların bir çoxu heç vaxt partlamadı. İllər ötdükcə minlərlə Laos sakinləri həyatını itirdi,yaralandı. Kəndçilər sahələrini şumlayarkən, uşaqlar parklarda oynayarkən bu illər ərzində ayaqlarını,əllərini itirdilər” deyə çıxışına davam edib.

obama-will-be-making-an-eight-day-swing-from-china-to-laos-as-part-of-his-administrations-pivot-to-asia-strategy