MəşhurlarSənət

Obama 21 ədəd “Azadlıq Medalı”nı təqdim etdi | Ellen göz yaşlarını saxlaya bilmədi

81views

ABŞ’da prezidentliyi Donald Trump’a təhvil verməyə hazırlaşan Barak Obama, öz sahələrində müvəffəqiyyətli olan 21 ada “Azadlıq Medalı” təqdim edib. Barak Obama, ölkədə verilən ən yüksək mülki nişan sayılan “Azadlıq Medalı”nı almağa haqq qazanan 21 nəfəri Ağ Evə dəvət edib.

yaaz.az Barack Obama Azadliq Medali

Obamanın prezident olaraq son dəfə qatıldığı medal mərasimində, medala layiq görülən idman dünyasından musiqi və kino dünyasına qədər fərqli sahələrdən 21 nəfər mükafatlandırılıb.

yaaz.az Barack Obama Azadliq Medali

Mükafatı alanlar arasında, basketbol əfsanələri Kərim Abdülcabbar və Michael Jordan, televiziya və radio spikeri Vin Scully, sənət dünyasından Robert De Niro, Tom Hanks, Ellen DeGeneres, Robert Redford, Diana Ross, Cicely Tyson, ssenarist Lorne Michaels, müğənni Bruce Springsteen, memar Frank Gehry və heykəltəraş Maya Lin var.

yaaz.az Barack Obama Azadliq Medali

Bundan əlavə, elm dünyasından fizik Richard Garwi, Microsoftun qurucusu Bill Gates və həyat yoldaşı Melinda Gates, Amerika Kosmos Dairəsi (NASA) üçün xüsusi proqram quran Margaret H. Hamilton, kompüter mühəndisi Admiral Grace Hopper, Amerikan yerlilərinin hüquqlarını müdafiə edən ictimai lider Elouise Cobell, hüquqşünas Newt Minov və Miami Dade Kolleci rektoru Eduardo Padron da mərasimdə medallarını alıb.

yaaz.az Barack Obama Azadliq Medali

Mərasimdə etdiyi çıxışda, medal alan hər bir kəsin ABŞ-a çox böyük xidmət etdiyini vurğulayan Obama, bütün medal sahibləri haqqında ayrı ayrı şəxsi fiikirlərini söyləyib.

Kərim Abdülcabbar

Obama, dünyada basketbolun əfsanə adlarından Kərim Abdülcabbar haqqında, “O, həm də heç asan olmayan vaxtlarda müsəlman xalqlarla yan-yana yeriyən bir şəxsdir” deyə bildirib.

Kərim Abdülcabbar

Bir digər basketbol əfsanəsi Michael Jordan’dan da təriflə bəhs edən Obama, onun artıq beynəlxalq bir insan olduğunu  və bir çox basketbolcuya ilham verdiyini söyləyib.