Məşhurlar

” O, buludlara qalxdı “

223views

Bu gün Apple’ın qurucusu Steve Jobs’ın ölümündən 5 il keçir.

Rəqəmsal dünyanın yaradıcısı Steve Jobs, Apple’dakı vəzifəsini sonlandırdıqdan 6 həftə sonra, 56 yaşında “pankreas xərçəngi”nə məğlub olmuşdu.

STEVE JOBS HAQQINDA AZ BILINƏN 15 HƏQIQƏT.

1. Jobs, 6 ay oxuduğu Universitet həyatını o qədər də sevmədi. Bir müddət küçələrdə boş şüşə toplayıb günlərini belə keçirdi. Daha sonra xırda işlərdə çalışaraq biraz pul toplayıb Hindistana getdi. Buddizimə olan marağını biraz da genişləndirib ABŞ’a qayıtdığında artıq ciddi bir işlə məşğul olmağın vaxtı gəldiyinin fərqindəydi.

stevejobsyoung_a

2. Yaxın dostu Stephen Wozniak ilə görüşdü. Bu ərəfədə Wozniak’ın anası tərəfində göndərilən Esquire jurnalının 1971-ci ilə aid dərcində Jobs və Wozniak, “ödənişsiz telefon danışığı ” fikrini ilk bu məqalədə gördü. Beləliklə bu fikri həyata keçirməyi bacaran Blue Box adlı cihazı icad edən dostlar 6 min dollar qazandılar. Gördükləri iş isə qanundan kənar idi.

jobs-wozniak110825130749

3. Wozniak həmin vaxtlarda kompüterlərin atası sayılan bir cihaz icad etdi. Jobs’ın təkidi səbəbindən bu cihazın satışa çıxması ilə Apple markası 1976-cı ildə dünya səhnəsində yerini aldı. Bu vaxtlarda Beatles cox məşhur idi və Jobs, Beatlesın birgə işlədiyi Apple Records şirkətinin adını öz markasında istifadə etdi. Əsl partlayış isə 1977-ci ildə Apple 2 ilə oldu. 2 milyon ədəd satış edən kompüter artıq şirkətə 100 milyon dollarlıq sərvət gətirdi.

_85441268_4aa2a51f-1b1a-4e67-8739-24e5f92fae10

4. 1979-cu ildə getdiyi Xerox araşdırma mərkəzində gördüyü siçan (mouse) və qrafik interfeys prototipləri Jobsın beynini təsirləndirdi. O günə qədər kompüterlər ekranda klaviaturaya əmrlər yazaraq idarə olunurdu. Şirkətə geri qayıdan Jobs, “Gələcəyin kompüterləri belə olacaq” fikrini söyləyərək gördüklərini açıqladı. “Utanmadan onların fikirlərini oğurlayırıq” deyərək ‘Macintosh’un yaradılması üçün işlərə başladı. Beləliklə artıq 1983-cü ildə Apple ABŞ’ın ən böyük 500 şirkətindən biri idi.article-2045852-0d8f6de900000578-929_634x857

5. Ancaq lazım olan partlayış hələ baş verməmişdi. Jobs’un şirkətdə kəskin sərt davranışları isə pis nəticələr verdi. Pambıq şalvar və ayaqyalın halda işləyən Jobs idarə heyətini toplayaraq,”Deyəsən şalvarım buranı idarə etmək üçün uyğun deyil” dedi və şirkəti tərk etdi.

article-2196121-14c1aeb1000005dc-768_634x408

6. Tək başına yeni NEXT şirkətini qurdu. Burada inkişaf etdirdiyi proqram isə uğur qazandı. NEXT kompüteri, internetin imkanlarını artıran və inkişaf etdirən cihaz oldu (bu proqramın infrostrukturu hələ də Mac kompüterlərdə, iPod və İpad’lərdə istifadə olunur). Ancaq əsl sərvəti gətirən, George Lucasdan 10 milyon dollara aldığı animasiya studiyası Pixar oldu.

steve-jobs-previews-nextstep-3-0-at-nextworld-expo-1992

7. Pixar’ın 4 illik əziyyəti ilə film dünyasına təqdim olunan Toy Story adındakı animasiya filmi 362 milyon dollar gəlir gətirdi. Wolt Disney, Jobsun 10 milyon dollara aldığı şirkətə 7.4 milyard dollar təklif etdiyində isə cavab təbii ki “Hə” oldu. Bu uğurlar sözsüz ki, həmin vaxtlar 800 milyon dollar ziyanda olan Apple’ın diqqətini çəkdi. Beləliklə Jobs, 1997-ci ildə yenidən şirkətin rəhbərliyi üçün dəvət olundu. 2000-ci ildə Jobs bir daha Apple’da CEO oldu.

stevejobs1

8. Bir müddət sonra isə Apple dünya səhnəsində parıldamasına səbəb olan iPod dövrünə keçdi. Bu şəkildə artıq dünya bu vasitətən yararlnaraq musiqi dinləmə sistemini dətişdi. Ancaq 2004-cü ildə dünya yeni xeber ilə sarsıldı.

mte4mdazndewntcxmdy4otqy

 

9. Jobs pankreas xərçəngi idi və qaraciyəri qismən sıradan çıxmışdı. Buna qarşı da düzgün mübarizə üsulu seçən Jobs yeni qaraciyeri əldə edə bildi.  3 il sonra Apple, bu dəfə telefon tarixində dövrü dəyişən iPhone ilə dünya səhnəsində yerini aldı.

1427151905321

 

10. Son addım isə iPad idi. Ancaq Apple irəlilədikcə Jobs’ın səhəti geriyə doğru addımlayırdı. Hər kəsi kədərləndirən xəbər isə 24 avqust 2011-ci ildə gəldi. “Sizə vəzifəmi icra edə biməyəcəyim vaxt gəldiyində söyləyəcəm demişdim, həmin vaxt gəldi” dedi və işini bu şəkildə sonlandırdı. Bu ərəfədə Apple 350 milyard dollar ilə dünyanın ən dəyərli şirkəti olmuşdu. 8 milyard dollar sərvətə sahib olan Jabs isə 2011-ci il 5 Oktyabrda xəstəlyinə məğlub oldu və həyatını itirdi.

steve-jobs-iphone-keynote

11. Son olaraq 2011-ci ilin İyun ayında səhnəyə çıxıb yeni xidməti, iCloud’u (bulud) təqdim etmişdi. Ölümündən sonra isə hər kəs “O buludlara qalxdı ” deyə yazdı. Həyatını itirdiyi gün Jobs, Twitter’də zamanın rekordunu qırdı. Bir saniyədə Jobs haqqında 10 min tweet yazıldı, hər 10 insandan 5’i onun haqqında danışdı.

1000509261001_1822941199001_bio-biography-31-innovators-steve-jobs-115958-sf

12. Geridə isə 4 övladı və çox sevdiyi həyat yoldaşını qoydu. Bioloji valideyinləri, Jobs’u övladlığa verdikdən sonra evlənib bir övlad sahibi olmuşdular. Jobs 29 yaşında ikən əvvəl bacısı Mona Simpson sonra isə anası ilə tanış ola bildi.

steve-bilogical-father

 

13. Ancaq bacısı Mona ilə münasibəti, Jobs haqqında yazdığı sərt ifadələr o qədər də ürək açan olmadı. Yazılanlara fikrini bildirən Jobs, Onun haqqındakı yazıların böyük faizinin səhv olduğunu bildirdi. Bacısının bu yanaşmasını diqqət çəkmək üçün etdiyini bildirdi.

6a00d8341c630a53ef015436892526970c

14. Suriyalı atasını isə heç bir zaman görmək istəmədi. Abdulfettah Celali, The Sun qəzetinə verdiyi müsahibədə,”Ən böyük ümidim, oğlumla bir dəfə də olsa oturub bir qəhvə içməkdir. Ancaq onun pullarının arxasınca gəldiyimi düşünməsindən çəkinirəm” deyə bildirmişdi.

steve_jobs

15.  Jobs isə bu sözlərə heç münasibət belə bildirmədi. Beləliklə həm kəşfləri ilə dünya texnologiyasının gedişatını deyişən həm də sərt, qorxulu Steve Jobs, həyatını itirəndə onun ilə bağlı bütün mənfi fikirlər silindi. Dünyada olan bütün Apple mağazalarındakı məhsulların üzərinə onun şəkli qoyuldu.

steve-jobs