Oxu zalıSənət

Nüsrət Kəsəmənli haqqında və şeirləri

41.5Kviews

Nüsrət Kəsəmənli 1946-cı ildə Qazax rayonunda anadan olmuşdur.

Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsinə daxil olmuşdur (1966). Universitetin II kursunda ikən “Bakı” və “Baku” qəzetlərində müxbir, ədəbi işçi vəzifələrinə qəbul edildiyinə görə qiyabi şöbəyə keçirilmişdir (1969-cu ildə). Universiteti bitirdikdən sonra Azərbaycan Yazıçılar İttifaqında referent və ədəbi məsləhətçi olmuşdur (1978-1985).
60-cı illərin əvvəllərindən bədii yaradıcılığa başlamışdır. 150-dək şerinə musiqi bəstələnmişdir. “Boş kəndlərin harayı”, “Mövzu üzrə improvizasiya”, “Ənbizlərin keşiyində”, “Sovet Azərbaycanına səyahət” və s. sənədli filmlərin, “Afroditanın qolları”, “Qarabağ əhvalatı” bədii filmlərin ssenari müəllifıdir. Moskvada gənc yazıçıların VI,VII Ümumittifaq müşavirələrində iştirak etmişdir.
Fəal ictimaiyyətçi olmuşdur: Azərbaycan Yazıçılar İttifaqında Həmkarlar Komitəsinin sədri (1981-1984), mədəniyyət işçiləri həmkarlar ittifaqı respublika komitəsi rəyasət heyətinin üzvlüyünə namizəd, Azərbaycan Tarix və Mədəniyyət Abidələri Mühafizə Cəmiyyətinin üzvü, Azərbaycan Yazıçılar İttifaqının VI,VII qurultayında idarə heyətinin üzvü, poeziya şurasının sədri seçilmişdir. C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında baş redaktor işləmişdir (1985-ci ildən). “Dünyaya pəncərə” sənədli televiziya verilişinin ssenari müəllifi və aparıcısı olmuşdur (1985-ci ildən).17 oktyabr 2003-cü ildə Təbrizdə vəfat etmişdir.

Nüsrət Kəsəmənli-nin seçilmiş şeirləri:

[vc_row][vc_column width=”1/2″]

Nə biləydik…

Nə biləydik bu sevginin sonu yox,
Nə biləydik dünya belə dönəcək.
Nə biləydik sevgi adlı bu qonaq
İkimizin aramızda öləcək…

Ulu sevgi göydən yerə endimi,
Nə dayandı yolumuzun üstündə?
Bu məhəbbət soyuduqca sən demə
Can verərmiş qolumuzun üstündə.

Hər görüşə sürünürdü ayaqlar…
O çəmənlər – bir baharlıq səməni.
Dodaqları yandıranda dodaqlar
Ürəyimiz üşüyürmüş deməli.

Əyləncələr qoymadı ki göz açaq;
Hər istəyi biz beləcə bitirdik.
Payız gəldi toy-bayramla, biz ancaq
Yarpaq-yarpaq günümüzü itirdik.

Şirin oldu yalanların zəhəri,
Həqiqəti gizləmişik həmişə.
Sevgililər oyaq açdı səhəri.
Biz axşamı gözləmişik həmişə…

Yuxu gördük… gah qorxulu, gah da şən,
Boğdu bizi tərəddüdülər axarı.
Yuxularda əllər gördük birləşən,
Nə yozduqsa hicran oldu axırı…

Nə biləydik bu sevginin sonu yox,
Nə biləydik dünya belə dönəcək.
Nə biləydik sevgi adlı bu qonaq
Üzümüzə baxa-baxa öləcək…

[/vc_column]

[vc_column width=”1/2″]

Sən demə təzədən sevmək olarmış…

Sən demə təzədən sevmək olarmış,
Tale də təzədən gülə bilərmiş,
Küsüb gözüyaşlı gedən məhəbbət
Peşiman-peşiman dönə bilərmiş.

Ürək bulud kimi boşalırsa da
Demək bulud kimi təzədən dolur.
Sonuncu şöləsi titrəyən şamdan
Ayrı bir şamı da yandırmaq olur.

Sən demə təzədən sevmək olarmış,
Köhnə yaraları vaxt, zaman silir,
Kəsilən budaqla ölən ağaclar
Təzə pöhrələrlə dirilə bilir.

Ağlaya-ağlaya dünyaya gəlib
Biz ana südüylə gülməmişikmi?!
Hər axşam sapsarı batan günəşi
Hər səhər təzə-tər görməmişikmi?

Sən demə təzədən sevmək olarmış,
Sevgi fürsət deyil quş kimi uça.
Nə də kölgədir ki,
Qaçasan qova,
Ya da sən qovasan
O səndən qaça…

Çıxarsan qəlbindən ötən sevgini,
Bir gün də tənhalıq sıxacaq səni.
Kiməsə etdiyin yaxşılıq kimi
Məhəbbət qarşına çıxacaq sənin.

İlk sevgi yuvadan düşən quşcuğaz,
Körpə qanadları pöhrələnməyib.
Məcnunun ahıyla uçan məhəbbət
Min hiylə əliylə yerə enməyib…

Mən ki görməmişəm sevgini susan,
Məhəbbət zirvədə bəslənən qarmış.
Kim deyir bir dəfə sevilir insan,
Sən demə hər zaman sevmək olarmış…

[/vc_column][/vc_row]

[vc_row][vc_column width=”1/2″]

Daha nağıllara inanmıram mən

Çapıb öz atını Ağatlı getdi,
Atları şimşəkdən qanadlı getdi,
Uşaq yaddaşımı qanatdı getdi,
Daha nağıllara inanmıram mən.

Nənəmin inamı, dərdli nağıllar,
Namərdə aldatdı mərdi nağıllar,
Bizi yuxulara verdi nağıllar,
Daha nağıllara inanmıram mən.

Uşaq ovutmağa bir noğul idi,
Sözlərdə yaşayan bir ağıl idi,
Yaxşı adamlar da bir nağıl idi,
Daha nağıllara inanmıram mən…

“Sim-sim”i sözlə yox, zorla açdılar,
Tilsimi min cürə yolla açdılar,
Him-cimi möhürlü qolla açdılar,
Daha nağıllara inanmıram nəm.

Fatmalar ayağı kəndirdə qalmır,
Xəmrimiz küt gedir, təndirdə qalmır,
Qarğalar tülküyə daha aldanmır,
Daha nağıllara inanmıram mən.

Acı həqiqətlər bal dadır indi,
Arısı olmayan bal satır indi,
Keçəli saçlılar aldadır indi,
Daha nağıllara inanmıram mən.

Elə yuxularda atlar kişnədi,
Divləri qazana saldım, bişmədi,
Gözlədim göylərdən alma düşmədi,
Daha nağıllara inanmıram mən!..

[/vc_column]

[vc_column width=”1/2″]

Getmək istəyirsən…

Getmək istəyirsən, bəhanəsiz get,
Oyatma mürgülü xatirələri.
Səsin həmin səsdir, baxışın ögey,
Gedirsən səsin də yad olsun, bari.

Sən dəniz qoynuna tullanmış çiçək,
Üstünə dalğalar atılacaqdır.
Saxta məhəbbətin saxta sənəd tək
Nə vaxtsa üstündə tutulacaqdır.

Demirəm, sən uca bir dağsan, əyil
Demirəm, əlacım qalıbdır sənə.
Nə səndə məhəbbət qara pul deyil,
Nə mən dilənçiyəm, əl açım sənə.

Döşənim yollar tək ayaqlarına,
Sənə yalvarım mən, bu mümkün deyil.
Qoymaram qəlbim tək vüqarım sına,
Alçalıb yaşamaq ömür-gün deyil.

Getmək istəyirsən, o yol, o da sən,
Bir cüt göz baxacaq arxanca sənin.
Getdinmi, geriyə dönmək istəsən,
Tikanlı yastığa dönəcək yerin.

Getmək istəyirsən nə danış nə din
Yox ol uzaqlartək dumanda çəndə
Nəyimi sevmişdin diyə bilmədin
İndisə yüz eyib görürsən məndə

Getmək istəyirsən, bəhanəsiz get,
Oyatma mürgülü xatirələri.
Səsin həmin səsdir, baxışın ögey,
Gedirsən səsin də yad olsun, bari.

[/vc_column][/vc_row]

[vc_row][vc_column width=”1/2″]

Dəli bir ağlamaq keçir könlümdən…

Yüyürüb, yüyürüb dərə boyunca
Düşüm çəmən üstə qoy üzüqoylu
Öpüm bu torpağı,
öpüm doyunca;
Üzümə üz qoysun bu soyuq daşı,
Qoy şehə qarışsın gözümün yaşı…
Qurumuş bulaqlar içir könlümdən,
Dəli bir ağlamaq keçir könlümdən.

Könlünə dəydiyim,
incitdiyim qız,
Vüqar kölgəsində yatdığım bəsdir,
Odlu yanağından su içdiyim qız,
Bu qədər günaha batdığım bəsdir.
Daha dodaqların titrəməsin qoy,
Mən sənin qarşında titrəyim, əsim,
Səndən dünyaları istəmirəm, yox,
Məni bağışlasan, bəsimdir, bəsim.
Yan desən,
Alışıb yana bilərəm.
Don desən,
Yerimdə dona bilərəm!
İndi bilmişəm ki, ömür-gün gedir,
Ən gözəl hisslərim keçir könlümdən,
Qayıt!
Sən ömrümə təzəlik gətir;
Dəli bir ağlamaq keçir könlümdən.

Çoxdan qəbristana düşməyir yolum,
O tənha məzarı ot basıb bəlkə.
Mənim soyuqluğum laqeydliyim
Onun sinəsinə od basıb bəlkə.
Bir daş var gözümün yaşına həsrət,
Dayanıb o giley heykəli kimi.
Əlim torpağına, daşına həsrət,
Yıxılıb üstünə mən dəli kimi
ağlayam gərək.
O tənha məzarı torpaqdan üzüb
Ovcumun içində saxlayam gərək.
Şöhrətin üstünə yürüdükcə mən
İstəklər, arzular köçür könlümdən.
Sevgi dumanına büründükcə mən
Dəli bir ağlamaq keçir könlümdən.

Küləklər oynayır kənd evimizdə,
Tale baş götürüb aparır məni.
Hörümçək tor qurub pəncərəmizdə,
Həsrətim çırpınır o torda mənim.
Yarasa boylanır uçuq tavandan,
Bükülmüş dirəklər çat-çat olubdur.
Qorxudan divarın bağrı yarılıb
Qapılar çoxalıb dördqat olubdur.
Gedim divarına yalvarım onun,
Gedim qapıların qatı açılsın.
Gedim mən sonuncu dirəyi olum
Tavanlar çiynimə barı uçulsun…
Daşı daş üstünə qoyum təzədən.
Dəlisov küləklər əsir könlümdə!
Elə kövrəlmişəm,
Bilmirəm nədən
Dəli bir ağlamaq keçir könlümdəm.

[/vc_column]

[vc_column width=”1/2″]

Bənövşə bəndə düşdü…

Evcik-evcik oynadıq,
Evciyimiz ev oldu.
Sonra evlərdən xəlvət
Sevgimiz də doğuldu.
Ömürdən keçib getdi
O illərin axarı.
Mən qaldım ilk baharda,
Neyləyim tez yetişir
Qızların son baharı…
Bir gün,
Bənövşə bəndə düşdü,
Bu xəbər kəndə düşdü.
Mənimlə var olan qız
Özgə kəməndə düşdü…
Toy səsi, mağar səsi,
Qəlblərin titrəməsi,
Yeniyetmə oğlanın
Yıxılıb çəmən üstə
Var səslə hönkürməsi…
Sonra da bir bayatı:
– Su gələ gölə bir də,
Dərdimi bölə bir də
Payız köçən bənövşə
Yaz ola gələ bir də.

Bu qış o gülə dəydi,
Hicran o günə dəydi.
Bu ağac çiçək açmaz
Balta kökünə dəydi.

Bu yaz o yazdan deyil,
Soyuq ayazdan deyil,
Təzə məktub almışam
Ancaq o qızdan deyil.

Gün təzə,
Ömür təzə, gün təzə.
Təzə bahar gəlibdir
Gətirdiyi gül təzə.

Bu da belə bahardı,
O da belə baxardı.
Hicran məni boğurdu
Bu qız gəlib çıxardı.

Dağlar çən geyir indi,
Kimsə qəm yeyir indi.
Yıxılıb çəmən üstə
Bayatı deyir indi:

– Bənövşə bəndə düşdü,
Bu səda kəndə düşdü,
Mənimlə var olan qız
Özgə kəməndə düşdü.

[/vc_column][/vc_row]

[vc_row][vc_column width=”1/2″]

Kaş ki…

Nələr, nələr yada düşdü,
Xatirələr oda düşdü.
O günlərdən qəlbimizə
Qorxulu bir səda düşdü,
Görməyəydim kaş ki səni.

Bahar gəldi qış evinə,
Bu köçəri quş evinə.
O vaxt naşı bənna kimi
Yaddaşımın daş evinə
Hörməyəydim kaş ki səni.

Külə dönmüş od-ocaqsan,
Bəlkə belə qalacaqsan.
Onda uşaq deyildim ki,
Bilirdim ki solacaqsan,
Dərməyəydim kaş ki səni.

Hicran gəldi sinə-sinə,
Günlər ötdü sənə-sənə.
Bir güldanda saxlayaydım,
Öz əlimlə özgəsinə
Verməyəydim kaş ki səni…

[/vc_column]

[vc_column width=”1/2″]

Ölümə tərəf

Gedirik deyə-gülə,
Gedirik ölümgilə.
Gedər-gəlməz yoldu bu,
Kim qayıda, kim gələ?!
Ölüm, qarşıla məni.

Piyada səbrimiz yox,
Maşın qəzası nə çox…
Həyat üzük içində, –
Hansı tərəfə qaçaq;
Ölüm, qarşıla məni.

Ömür – sinif dəftəri,
Saylıdır varaqları.
Əlimiz yetməz ona,
Təzədən yazaq barı;
Ölüm, qarşıla məni.

Hələ tezdir, igidim,
Nəyim var, nə üyüdüm.
İki körpəm gözləyir,
Möhlət ver qoy böyüdüm,
Gəlim, qarşıla məni…

[/vc_column][/vc_row]

[vc_row][vc_column width=”1/2″]

Qadın ürəyi

Necə rəhmlidir, necə amansız,
Necə mehribandır Qadın ürəyi!
Sən onu sındırsan, bil ki, a qansız,
Ağlayan kamandır qadın ürəyi.

…Güldürsən, ömürlük səadətindir,
Söndürsən, yanmağı bir də çətindir.
O, əsl qayğının, məhəbbətindir,
Sevgisiz zindandı qadın ürəyi.

Daşı da əridər, daş da olar o,
Əriyib gözlərdə yaş da olar o,
Bahar da olar o, qış da olar o,
Damladır, ümmandır qadın ürəyi.

Onunla dünyadır sənə qəfəs də,
Onsuz heç yaşama bu torpaq üstə.
Sevən bir ürəyə axır nəfəsdə,
Ən gözəl dərmandı qadın ürəyi.

Onu ağladan da, ucaldan da biz,
Dərd verib, vədəsiz qocaldan da biz.
Qədrini biləndə bu cahanda biz,
Həmişə cavandı qadın ürəyi.

Bəzən gül tək solar acı bir sözdən,
Ağlayar xəlvəti gülsə də üzdən.
Bəzən uşaq kimi bir ürəksizdən,
Məhəbbət umandır qadın ürəyi.

Bir namərd əlindən zəhər içəndə,
Keçirər ömrünü o, yas içində.
Bəzən qiymətli bir libas içində,
Nalədir, fəğandır qadın ürəyi.

Ömrə zinət verən, səadət quran,
Kişi ürəyini nurla dolduran.
İsməti bir nəsli göyə qaldıran,
Eşqə hökmürandır qadın ürəyi.

[/vc_column]

[vc_column width=”1/2″]

Oğru olmaq istəyirəm

Qoy polislər eşitməsin,
Qorxulu bir sirr deyirəm:
Çoxdandır ki, bir arzum var,
Oğru olmaq istəyirəm!…
İnsanların arasından
Əqidəsiz adamları,
Vicdanını pula satan
nadanları
Oğurlamaq istəyirəm!

Bu torpağın gündən-günə
Niyə artır dərdi-səri…
Dövlətlərin arasından sərhədləri
Oğurlamaq istəyirəm!
Axı, nə iş görmüşəm ki,
Oğurluq da işdi barı.
Mən anamın sifətinə
Vaxtsız düşmüş qırışları
Oğurlamaq istəyirəm!…
Birisini yıxmaq üçün
İkisinin ülfətini,
İnsanların ürəyindən
Hər kinini, nifrətini,
Yalanını bundan ona,
Ondan buna satanları,
İki sevən arasından
O üçüncü adamları
Oğurlamaq istəyirəm!
Araz axır…
O taydan da insan baxır,
Bu taydan da insan baxır,
Necə milyon gözüyaşlı əzizimi,
O həsrətli Təbrizimi
Oğurlamaq istəyirəm!
İndi necə dövlətlərdən
Məzlumların ah-zarinı,
Yad torpaqda yatıb qalan,
Əsrlərin arxasından
Qollarını çatıb qalan
Kərbəladan Füzulinin,
Hələbdənsə Nəsiminin məzarını
Oğurlamaq istəyirəm!
Nə gizlədək, bilir hami
Tonqal çatıb yandırırlar
bu cahanı.
Qəlbim deyir:
“Bir azəri məsəlini yadına sal:
“Oğrudan-oğruya halal…”
Prometey oğurlayib
İnsanlara verən odu
Oğurlamaq istəyirəm!
Lap qəzəbi tutsa belə
Yerin mənə, göyün mənə
Nə deyirsiz, deyin mənə
Oğru olmaq istəyirəm!!!

[/vc_column][/vc_row]