Serial

Nurten Tatlıtuğ: “Gəlinimi incitmişəm, səhv etmişəm”

197views

Ölkəmizdə də kifayət qədər izləyicisi olan, baş rollarını Kıvanç Tatlıtuğ və Tuba Büyüküstünün’ paylaşdığı “Cesur ve Güzel” serialının son hissəsindəki öpüşmə səhnəsi böyük marağa səbəb olub.

İzləyicilərin sosial mediada da paylaşdığı romantik səhnələrə Tatlıtuğ’un anası Nurten Tatlıtuğ da biganə qalmayıb.

yaaz.az cesur ve guzel dizi

Gəlini Başak Dizer’in sosial mediada heç bir paylaşımını bəyənməyən Nurten Tatlıtuğ, oğlu Kıvanç Tatlıtuğ ilə Tuba Büyüküstünün öpüşmə səhnəsinə təriflər yağdırıb.

Nurten Tatlıtuğ, Instagram hesabından ‘İlin ən yaraşan cütlüyüsünüz, maşallah. Allah sizi nəzərdən qorusun’ deyə yazıb.

Ancaq bu fikirlərin birmənalı qarşılanmamasının ardından, Nurten Tatlıtuğ, bəzi açıqlamalar verməli olub.

yaaz.az cesur ve guzel dizi

Nurten Tatlıtuğ, “Bu fikrim Başak Dizer’ə qarşı ünvanlanmış kimi görünməsin . Kıvanç və Tuba serialda bir-birlərinə çox yaraşırlar, sadəcə bunu deməyə çalışdım. Tuba’nı isə heç tanımıram. Onları izlədiyim zaman çox xoşuma gəldi və dərhal ağlımnan keçənləri yazdım. Başaka qarşı hər hansısa mənfi fikrim olmayıb. Onun üzülməsini istəmərəm. Ancaq belə görsənir ki, gəlnimi incitmişəm, səhv etmişəm” deyə açıqlamasında bildirib.

Xatırladaq ki, Kıvanç Tatlıtuğ ilə Başak Dizer, 2016-cı ilin fevral ayında Paris’də evlənmişdilər.

yaaz.az cesur ve guzel dizi