MaraqlıMətbəx

Novruz sürfəsi necə olmalıdır?

Novrusz Sufresi 2017
1.12Kviews

Novruz bayramında diqqət ediləsi məqamlardan ən vacibi süfrə tərtibatıdır

Novruz bayramında süfrənin əsas xüsusiyyəti odur ki, burada yalnız acılıqdan, şorluqdan uzaq, şirniyə baxan xörəklər olmalıdır.

Bayram günü süfrəni bəzəyəndə 7 cür nemət masaya qoyulur.

Bunlar:

1. Su – Təmizlik

2. Güzgü – Paklıq mənasında, yəni insanlar ona yalandan, paxıllıqdan, xudpəsəndlikdən uzaq olsun deyə baxarlar

3. Səməni – Təbiətin oyanması

4. Balıq – Bu heyvan çox çevik olduğundan insanların da həyatda çevik olması arzulanır

5. Alma– Xoş ətirli olduğu üçün

6. Halva – Şirinlik mənasında

7. Fincan içərisinə qoyulan qızıl – Bu da var-dövlət rəmzidir

Novruz sufresi 2017 yaaz.az

Bundan əlavə, əvvəllər bayram xonçasında 7 rəngdə şam yandırılması da ənənələrdən sayılır. Son zamanlar isə əsasən ailənin üzvlərinin sayı qədər şam yandırılır. Şamı kimsə söndürməməlidir, sona qədər yanmalı və özü sönməlidir. Deyilənə görə, hər yanan şam ailənin bir üzvünün həyat yolunu göstərir.

Xonça çərəzlər, şirniyyatlarla bəzənir, yumurtalar boyanır. Əvvəllər bir gecədə 300-400 yumurta boyayırdılar və uşaqlara paylayırdılar. Çünki yumurta bolluğun, bərəkətin rəmzi idi. Yumurta döyüşdürmək isə xeyrin şər üzərində qələbəsinə işarə idi.

Rənglənmiş yumurtalarisə bayram süfrəsinin bəzəyidir. Bu da canlı aləmin yaranışına işarədir. Yumurta adətən qırmızı rənglə boyanır. Qırmızı rəng isə bəşəriyyətin şadyanalıq içində yaşamaq istəyinin təcəssümüdür.

yaaz.az novruz sufresi 2017

Milli Kulinariya Mərkəzinin rəhbəri Tahir Əmiraslanov hesab edir ki, yumurta həm də cansızdan canlıya keçidin simvoludur: “Yəni soruşurlar ki, yumurta birinci yaranıb, yoxsa toyuq. Cavab verilir ki, birinci yumurta yaranıb. Çünki canlılar cansızdan əmələ gəlib. Allah əvvəlcə torpağı yaradıb, sonra ondan insanı və heyvanları yaradıb. Yumurta isə həm canlıdır, həm də cansız”.

yaaz.az novruz sufresi 2017

Yeddi rəqəmi azərbaycanlıların düşüncəsinə görə müqəddəs olduğundan süfrədə 7 cür xörək, 7 cür şirniyyat və 7 cür qovurğanın olması xalqımız tərəfindən vacib sayılır. Müxtəlif bölgələrdə bayram süfrəsi üçün hazırlanan yemək çeşidləri də fərqlidir.

Cənub bölgəsində xörək siyahısına plov (aş), balıq ləvəngisi (bu xörək mütləq şit balıqdan hazırlanmalı və eyni zamanda süfrəyə balığın başının da qoyulması vacibdir), qatıqlı tərə, göy küküsü, səbzi, yarpaq dolması və şabalıdqovurma daxildir. Şirniyyatlara isə şorqoğalı, şəkərbura, paxlava, badambura, rulet (qatlama), partdama, qədnçörək (qəndkuka) aiddir.

yaaz.az novruz sufresi 2017

Tahir Əmiraslanov bildirir ki, Novruzun əsas atributu paxlavadır. Onun sözlərinə görə, paxlava ulduzu, qadınlığı göstərir və doğum simvoludur: “Yeri gəlmişkən qeyd edim ki, Novruz bayramından əvvəl, yəni 21 dekabrdan fevralın sonuna qədər Azər bayramı idi. Bu zaman kişilər evdə qalırdılar. Buna görə də mart ayında artıq qadınların əksəriyyəti 2-3 aylıq hamiləlik dövrünü yaşayırdı. Bunun da simvolu şəkərburadır, çünki bu şirniyyat qarın formasındadır. Şəkərbura həm də ayın simvoludur. Şorqoğalı isə günəşin simvoludur”.

Yeri gəlmişkən qeyd olunmalıdır ki, bayram ləzizlərinə səməni halvası da daxildir. T.Əmiraslanovun sözlərinə görə, səməni halvası həm niyyət üçün bişirilir, həm də o, sağlamlığa böyük xeyirdir: “Hər rayonun öz adətinə görə müxtəlif cür – şəkərlə, balla və sairə ilə hazırlanır”.

yaaz.az Novruz sufresi 2017

Qovurğada isə buğda, çətənə, küncüt və boranı tumu olur. Eyni zamanda noxud, mərci və düyü də əlavə olunur. Onu da bildirək ki, sonuncu sadalananlar bir neçə gün suda isladıldıqdan sonra qovrulur.

Bayram süfrəsində bəzi şeylərin olması məsləhət görülmür. Bunlara misal olaraq soğan, sarımsaq, sumax və s. kimi şeyləri göstərmək olar. Bunlar acı olduğundan uğursuzluq, bədbəxtlik əlaməti sayılır.

Novruzun daha bir tərəfi onun simvolik personajları – Keçəl, Kosa və Bahar qızı ilə bağlıdır. Keçəl təbiətin oyanışdan əvvəlki dövrünü, Kosa ruzi-bərəkəti, Bahar qızı isə bitki örtüyünün cücərməsini xarakterizə edir.

yaaz.az novruz sufresi 2017

Novruz bayramında süfrənin hazırlanmasında istifadə edilən bir sıra ərzaqlardan digər məqsədlər üçün də istifadə edirlər. Fala baxmaq ilk sırada durur.

Belə ki, gənc qızlar bayram günü duzlu kökə bişirirlər. Bu kökə, balaca çörəkləri xatırladır. Adətə görə gənc qızlar həmin duzlu kökələri yeyirlər, ancaq su içmirlər. İnanca görə gecə həmin qızlara gələcək nişanlıları su verirlər.

Bir digər adətə görə isə qaynadıqdan sonra səməni suyu içilir. Həmin məhlul şirin olarsa, deməli arzu yerinə yetəcək, əks halda isə yerinə yetməyəcək.

Bundan başqa səməni olan xonçanın yanına qabda un qoyulur. Bayrama görə yorulan, əldən düşən qızlar səhər həmin una baxırlar. Əgər həmin qabda unun ortasında əl pəncəsini xatırladan fiqur varsa, bu yaxşı əlamət hesab olunur.