Gündəm

Novruz çərşənbələrinin vaxtı (2017)

Çərşənbə axşamları 2017
899views

Novruz çərşənbələrinin vaxtı açıqlanıb.

Fevralın 21-də ilk çərşənbə – Su, fevralın 28-də Od, martın 7-də Hava (Yel), martın 14-də isə sonuncu Torpaq çərşənbəsi qeyd olunacaq.

Həmçinin bax: Novruz və çərşənbə axşamı falları

Bu il Azərbaycanda qeyd ediləcək Novruz çərşənbə axşamlarının vaxtı açıqlanıb. Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının direktor müavini Xıdır Mikayılov bildirib ki, 2017-ci ildə ilk çərşənbə fevralın 21-i, axırıncı çərşənbə isə martın 14-nə təsadüf edəcək.

Onun sözlərinə görə, fevralın 21-də ilk çərşənbə — Su, fevralın 28-də Od, martın 7-də Hava (Yel), martın 14-də isə sonuncu Torpaq çərşənbəsi qeyd olunacaq. X.Mikayılov qeyd edib ki, yaz fəslinin Azərbaycana gəlişi martın 20-i Bakı vaxtı ilə saat 14:29-də olacaqdır.

Novruz çərşənbə axşamları haqqında:

[vc_row][vc_column width=”1/4″]Su çərşənbəsi[/vc_column][vc_column width=”1/4″]Od çərşənbəsi[/vc_column][vc_column width=”1/4″]Yel çərşənbəsi[/vc_column][vc_column width=”1/4″]Torpaq çərşənbəsi[/vc_column][/vc_row]