Oxu zalı

Novruz Bayramı təbrik mesajları

43.2Kviews

1. Baharın gəlişini müjdələyən Novruz, qardaşlığımızın gücünü də müjdələsin. Bu Novruz bayramınız mübarək olsun.

2. Sabahınız xeyir əziz dostum, Türk dünyasının bayramı Novruzunuzu təbrik edirəm. Birliyin, bərabərliyin, qardaşlığın bolluğun və bərəkətin bayramı olan Novruzunuz bərəkətli olsun.

3. Bahara və yeni başlanğıclara Bismillah. Novruz müqəddəs ola, dinclik ola, sülh ola, bayram ola.

4. Həyatın Şəkərbura kimi şirin, Paxlava kimi yağlı, Qoğal kimi dadlı, problemlərin Fındıq boyda, cibində Səməni kim yaşıl pullar çox olsun. Novruz Bayramın Mübarək.

5. Bütün vətəndaşlarımızın, birlik və qardaşlığımızın bərkiməsinə səbəb olacaq Novruz Bayramını ən səmimi duyğularımla təbrik edirəm.

6. Bahar bayramı olaraq da qeyd olunan Novruz, sevginin və qardaşlığın bayramıdır. Həyatın gözəlliklərini bölüşməkdir.

7. Gözəl günlərdə gözəl insanlar xatırlanır. Gözəl insanlara gözəl arzular ünvanlanır. Bu gözəl gündə dünyanın gözəllikləri sənin olsun. Bayramınız mübarək!

8. Yeni bir günə, yeni ümidlərə salamlar. Novruz bayramınız mübarək olsun.

9. Kin və nifrətin kimsəyə bir faydası olmaz. Kimsə kimsəni sevmək məcburiyyətində deyil amma tolerantlıq və hörmətin olduğu yerdə insanlar daha xoşbəxt yaşar. Ümid edirəm ki, xoşbəxt dinc bir həyat sürərik bundan sonra. Novruz Bayramınız mübarək.

10. Arzum budur novruzda qüssə-qəmin yox olsun, ürəklərdən getsin buz, sevgi payın çox olsun! Novruz Bayramınız Mübarək olsun!

11. Əzizinəm yaz gəlsin, yaz gəlsin bahar gəlsin, bu novruz bayramında qəm getsin, sevinc gəlsin! Novruz bayramınız mübarək olsun!

12. Sevgi dolu nur dolu novruz qarşılayaq, qoy bu bahar yaz boyu gün saçsın parlaq-parlaq! Novruz bayramınız mübarək olsun!

13. Gəldi bahar bayramı, ilin gözəl bayramı, qədəmlərin xoş olsun Novruza deyir hamı. Novruz Bayramınız Mübarək olsun!

14. Yetişdi bahar yenə. Bahardır yenə, getsin ayazlı günlər, gəlsin novruzum yenə! Novruz bayramınız mübarək olsun!

15. Bu bahar bayram gələr, toy gələr, nişan gələr, Novruzun görüşünə el gələr oba gələr. Novruz bayramınız mübarək olsun!

16. Gəlir bahar avazı, yaz ətri, yaz avazı, bu Novruz qovuşanlar duymasın qəm avazı. Novruz bayramınız mübarək olsun!

17. Gəl-gəl a yaz günləri. Bahar bayram günləri. Bu Novruz bayramında ilin xoş günləri. Novruz bayramınız mübarək olsun!

18. Qoy bu təravətli Novruz bayrami süfrənizi ruzu, qəlbinizi isə xoş hisslərlə doldursun. Sağlamlığınız möhkəm, arzularınız sonsuz, ümidləriniz gərçək olsun! Novruz bayramınız mübarək olsun!

19. Yurdumuza ayaq basmış, Bahar bayramınızı təbrik edirəm. Qədəmləri uğurlu, könül oxşayacaq sevincli günləri bol olsun. Novruz bayramınız mübarək olsun!

20. Əzizim. Bir bayram var. Novruz! Sihirli bayramdır. Bayramda, küsənlər barışır, sevənlər qovuşur. İnanmırsan? Bu gün görərsən. Novruz bayramınız mübarək olsun!