Mobil

Nokia’dan daha yeni 2 model gəlir

70views

Nokianın Mobil Dünya Konqresində tanıtdığı Nokia 3, 5 və 6, 3310 ilə yanaşı, 7 və 8 modelləri də gəlir.

Uzun bir aradan sonra HMD Global ilə təkrar işlərə başlayan Nokia, Mobil Dünya Konqressi ilə start vermiş və bizlərə Nokia 3, Nokia 5, Nokia 6 və Nokia 3310 modellərini təqdim etmişdi. Verilən aranın ardından böyük bir maraq görən bu Nokia markalı telefonlardan sonra seriya Nokia 7 və Nokia 8 ilə davam edəcək.

Nokia 8 və Nokia 7-də Snapdragon 653-ün gözlənilən ardıcılı olan Snapdragon 660 olduğu deyilir. Beləliklə, bu iki cihaz da üst səviyyə yerinə güclü bir orta səviyyə telefonu olacaqlar. Nokia 8 daha böyük bir ekran və QHD ilə gələrkən, daha kiçik Nokia 7 isə 1080p, yəni Full HD ilə gəlir.

İncə və metal bir monolit dizaynına sahib olacaq olan 7 və 8, habelə barmaq izi oxucu, sürətli doldurma dəstəyi, daha böyük Karl Zeiss kamera linzaları kimi detallar ilə gələcək, orta səviyyə bazarında ciddi bir üstünlük qurmaq üçün uyğun qiymət etiketi də olacağı danışılır.

May, ya da iyun aylarında tanıdılması gözlənilən Nokia 7 və Nokia 8-dən sonra bir də ki, il sonuna doğru daha üstün bir modeli gəlməsi də gözlənilir.