Mobil

Nokia yeni telefonu 60 saniyədə bir milyondan çox satıldı

330views

HMD Global-ın satın almasından sonra hərəkətə keçən Nokia, yeni modeli ilə çox böyük bir satış uğuru əldə edib.

Nokia fanatlarının uzun bir müddətdir gözlədiyi Android telefon, nəhayət ötən həftələrdə tanıdıldı. İlk mərhələdə yalnız Çində satışa təqdim olunan Nokia 6, 60 saniyə ərzində 1 milyon 337 min 773 ədəd qeydiyyat alaraq çox böyük bir rekord qırıb. Bu ön qeydiyyat, əslində birbaşa satışı ifadə edir. Rəqəm, Çin bazarının Nokiaya olan həsrətini açıq şəkildə ortaya qoyur.
Nokia
Əlbəttə, bu satışlar görə telefonun stokda ehtiyatları ilk bir dəqiqədə bitmiş oldu. 1699 yuan, yəni 247 dollara satışa çıxarılan Nokia 6, 5.5 düyümlük Full HD (1920 x 1080 piksel) ekran, Snapdragon 430 prosessor, 64 GB yaddaş sahəsi və 4 GB RAM ilə gəlir.
Nokia 6
Nokianın əsas böyük təqdimatını MWC 2017-də etməsi gözlənilir. 27 Fevral – 2 Mart arasında keçiriləcək olan bu sərgi çərçivəsində telefonla bağlı yeni bir çox detal ortaya çıxacaq.

Nokia 6-ya ilk baxış: