Mobil

Nokia P1-in iPhone-a rəqib ola biləcəyini göstərən 6 mükəmməl xüsusiyyəti

177views

İphone-nun ekvivalenti olaraq gerçək bir statusa çıxarılmağa çalışılan Nokia P1, iphone-a xüsusiyyət və qiymət baxımından çox bənzəyir.

Bəs bu xüsusiyyətlər nələrdir?

Nokianın ən son çıxarmağa hazırlaşdığı telefonlardan olan P1 modeli dizayn olaraq Sharp Aquos Xx3-dən əsas alacağı deyilir. Məhz bu telefonun Androidin iPhone-u adlandırılmasının 6 səbəbi isə aşağıdakılardır:

1. Ekran

İddia edildiyi kimi Sharp Aquos Xx3 dizaynını əsas saysaq telefonun gözəl bir quruluşda gələcəyini söyləyə bilərik. Ekran yeniləmə sürətinin 120 Hz olacağı yenə söylənənlər arasındadır. Digər iddia edilən xüsusiyyətlər isə belədir; 5.3 düym ekran ölçüsü, 1080p IGZO ekrana sahiblik.

2. İki fərqli variant
İki ayrı variantda gələcəyi söylənən telefonun bir variantında 128 GB daxili yaddaş olarkən, şüşə qoruma qatı və metal çərçivə də telefonu xüsusi edəcək. Digər versiya isə keramik qoruma qatına sahib olacağı deyilir. Bunda isə daxili yaddaş 256 GB olmalıdır.

Nokia P1
3. Qualcomm Snapdragon 835
Nokia P1-də son model telefonlarda da çətin olan bir prosessor yer alacağı şayiələri var. Telefonda Qualcommun yeni və son dərəcə güclü Snapdragon 835 prosessorun yer alacağı yenə iddialar arasındadır.

4. Su izolyasiyası
Yeni çıxan telefonların demək olar ki, çoxunda olan su keçirməz xüsusiyyəti Nokia P1-də də istifadə ediləcəyi iddia edilir.

5. Kamera Gücü
Nokianın ən iddialı olduğu sahənin kamera gücü olduğu bilinir. Bu telefonda da 22,6 MP kamera olacağı yenə söylənənlər arasındadır. Həmçinin bunun yanında Rəqəmsal zoom, avtomatik fokus, optik görüntü möhkəmləndirmə, f/1.9 diafraqma və 4k video yazısı olacağı iddia edilir. Əgər bunlar doğrudursa Nokia P1 yalnız kamerası üçün belə alına bilinər.

Nokia P1
6. Sharp-ın sahibinin Foxconn olması
Yəni Foxconn, Sharp tərəfindən edilən telefonların haqlarına sahibdir. Nokia markasının haqqlarını əlində saxlayan HMD Global, Nokia telefonları istehsal etmək üçün Foxconnun alt şirkəti olan FIH Mobile ilə işləyir. Bu qədər yaxşı iş görən böyük markanın bir telefon üçün bir araya gəlməsi ortaya gözəl bir şey çıxaracağı isə şübhəsizdir.