Mobil

Nokia, maraqla gözlənilən ilk Android telefonunu rəsmən təqdim etdi

826views

Nokianın uzun zamandır maraqla gözlənən Android sistemə malik telefonu nəhayət tanıdıldı.

Bir vaxtlar telefon sektoruna damğasını vurmağı bacarmış Nokianın çətin bir prosesdən keçdiyi hamımıza bəllidir. Microsoft tərəfindən satın alındıqdan sonra gözlənilənləri verməyincə Foxconn-a satılan marka, tanıtdığı Android sistemli telefonla yenidən keçmiş günlərinə nail olmağı hədəfləyir.
Nokia 6
Android sistemli ilk Nokia telefon olma xüsusiyyətinə sahib Nokia 6, ilk olaraq Çində satışa təqdim olunacaq. Telefonun satış qiyməti isə 245 dollar olaraq müəyyənləşib.
HMD Global ilə yeni bir çıxış etməyi qarşısına məqsəd qoyan Nokia 6-nın texniki xüsusiyyətləri:


Ekran: 5.5-düym
1080p, 2.5d qövslü, Qorilla Glass qoruyucu
Sistemi: Android 7.0,  Qualcomm Snapdragon 430
Qrafika: Adreno 505
Ram: 4gb
Yaddaş: 64gb daxili
Kamera: 16-megapiksel f/2.0
Ön kamera: 8-megapiksel
Batareya: 3000 mah, Quick Charge 3.0