Mobil

Nokia 8, üstün xüsusiyyətləri ilə internetə sızdı | Video + Şəkil

Qualcomm 835
343views

Nokianın 2017-dəki modeli Nokia 8 internetə sızdı!

Qısa bir müddət əvvəl Nokia 6 modelini təqdim edən Nokianın üst səviyyə ağıllı telefon modeli Nokia 8 internetə sızıb.

2017-ci ilin mobil dünyada ən çox səs gətirən firmalarından biri, görünüşə görə Nokia olacaq. Qısa bir müddət əvvəl firma tanıtdığı Nokia 6 modeli ilə ilin əvvəllərində diqqətləri üzərinə toplamışdı. Nokia 6, orta səviyyə texniki xüsusiyyətlərə malik idi. Təbii ki, firmadan bu il yüksək səviyyə modellər də görəcəyik.
Görünüşə görə firmanın üst səviyyə cihazı Nokia 8 olacaq. Barselonadakı MWC 2017 sərgisində açıqlanmasını gözlədiyimiz Nokia 8, qısa bir müddət əvvəl tamamlanan CES 2017 sərgisində təqdim edilib.

İddialara görə Qualcommun CES 2017 stendində olan test cihazlarından biri olan Nokia 8, firmanın ən yüksək səviyyə səddi Snapdragon 835-dən gücünü alır. Bunun yanında bu modeldə 6gb RAM, 64gb/128gb daxili yaddaş, 24 MP OIS + EIS, 12 MP ön kamera kimi xüsusiyyətlər var.

Digər tərəfdən bu modellə yanaşı, cihazın bir də daha aşağı xüsusiyyətlərə malik modelinin olduğu bildirilir. Bu modeldə isə Snapdragon 821, 4gb RAM kimi xüsusiyyətləri var.

Videodan da göründüyü kimi cihazda fiziki buton yoxdur. Bundan əlavə cihazın Nokia 6 kimi monolit dizayna sahib olduğunu da qeyd edək. Nokia 6 modelini Çindən başqa ölkələrdə də satışa çıxacağını ötən günlərdə öyrənmişdik. Yəqin ki, Nokia 8 də digər ölkələrdə də satışda olacaq.

Qualcomm 835
Nokia 8 – Qualcomm 835
Qualcomm 835
Nokia 8 – Qualcomm 835
Qualcomm 835
Nokia 8 – Qualcomm 835