Mobil

Nokia 3310 əfsanəsi geri döndü

Nokia 3310
892views

Uzun müddətdir bazarda ümid etdiyini tapa bilməyən Nokia, hər kəsin maraqla gözlədiyi laynsman Nokia 3310 əfsanəsinin geri dönüşünü müjdə verdi.

Bu günə qədər 126 milyon ədəd satılan əfsanəvi Nokia 3310 modelinin yenilənən variantı, oxşar dizayn anlayışı və xüsusiyyətlərlə Nokia-HMD İcraçı Direktoru Arto Nummela tərəfindən Barcelonada həyata keçirilən Mobile World Congressde (Mobil Dünya Konqressi) tanıdıldı.


Orijinal Nokia 3310 modelinə görə daha kiçik, yüngül və incə olan yeni model; Sarı, yaşıl və göy kimi rəng variantlarına malikdir.


2.4 düym QVGA ekran, 2 MP arxa kamera və microsd kart dəstəyi ilə gələn yeni Nokia 3310, Nokia Series 30+ sistemini istifadə edir. Yeni model, Opera Mini ilə birlikdə internetə bağlana bilir. Cihazın içərisində əfsanə ilan oyunu da var.


İlin ikinci rübündə satışa çıxacaq Nokia 3310-un qiyməti isə xaricdə 52 dollardır.