Sənət

‘Nobel Mükafatı’ sahibi Orhan Pamuk’a daha bir böyük mükafat

750views

Rusiya, ‘Lev Tolstoy’ mükafatını Türkiyəli dünya şöhrətli yazıçı, Orhan Pamuk’a təqdim edib.

Rusiyada Tolstoy Müzeyi tərəfindən hazırlanan ‘Yasnaya Polyana Ədəbiyyat Mükafatları’nda, ‘Xarici Ədəbiyyat’ bölməsi üzrə göstərilən əsas mükafat, “Kafamda Bir Tuhaflık” romanı ilə Türkyəli yazıçı Orhan Pamuk’a verilib.

Lev Tolstoy’un xatirəsinə Moskva’da təşkil olunan mərasimində, “Müasir Klassik Ədəbiyyat”, “21-ci əsr”, “Uşaqlıq-Yetkinlik-Gənclik” və “Xarici Ədəbiyyat” bölmələri üzrə mükafatlar təqdim olunub.

‘Xarici Ədəbiyyat’ bölməsi üzrə verilən mükafatın sahibi Orhan Pamuk mərasimə qatıla bilməsə də canlı video bağlantı ilə təçəkkürünü bu şəkildə bildirib: “Bu böyük şərəf üçün jürilərə çox təşəkkürümü bildirirəm. Tək mən deyil, bütün modern Türkiyə Ədəbiyyatı, Rusiya Ədəbiyyatından çox şey öyrənib. Mən bu öyrəndiklərimi hələ də dərs dediyim Universitetdə, tələbələrimə öyrədirəm.”

yaaz.az Orhan Pamuk

Fevral ayında mükafatı götürmək üçün Rusiyaya gələcəyini söyləyən yazıçı, “25 yaşımda roman yazmağa başlayarkən, bir gün Moskvaya səfər edərək, Lev Tolstoy’un Yasnaya Polyana’dakı evinə gedəcəyimi xəyal edərdim. 40 il sonra bu xəyalın gerçəkləşəcəyinə çox sevinirəm” deyə bildirib.