Psixoloji yanaşma

Niyə biz çox düşünürük?

252views

Biz gün ərzində dayanmadan düşünürük, bu prosesin əvvəli və sonu yoxdur. Düşüncələrimizin 99%i isə yararsızdır, lakin həyatımıza təsir edirlər.

Adətən ağlınızdan nələr keçdiyini xatırlayın:


-Maraqlıdır, o, mənim haqqımda nə düşünür?

-İşimi itirməyim heç yaxşı olmazdı.

-Deyəsən, men onu maraqlandırmıram.

-İşlərim alınmır, bəxtim gətirmir.

-Niyə axı həyatımda heç nə istədiyim kimi deyil?

-Birdən ölümcül xəstəliyə tutulsam…


fikir1

Bu siyahını uzatmaq olar, çünki ağlımızdan keçən yararsız fikirlərin sayı hesabı yoxdur.
Çoxları “mənim düşüncə tərzim belədir” deyib fikirlərinə nəzarət etmir. Amma düşüncə tərzinizi dəyişə bilərsiz, sadəcə olaraq bu da, hər vərdiş kimi, təcrübə tələb edir.

Streslə mübarizədə yeganə silah – bir fikri digəri ilə əvəz etmək bacarığıdır.

Uilyam Ceyms


Uilyam Ceyms – amerikalı filosof və psixoloqdur, fəlsəfədə praqmatizm və funksionalizmin əsas təsisçilərindən biridir.

Başqa sözlə desək, nə haqda düşünüb və düşünməyəcəyimizin qərarını özümüz verməliyik.

 

fikir5

 

Bəs faydalı fikrilər hansılardır?

  • Problemin həlli yolunu düşünün. Çünki problem hələ cavabı tapılmayan sualdır.
  • Həyatınızı yoluna salmaq üçün öyrəndiklərinizi, yeni bilikləri tətbiq etməyə çalışın.

 

fikir7

 

Fikirlərinizdən yayınmaq üçün diqqətinizi ətrafınızda baş verənlərə yönəldin: səhər işə gedərkən payızın ətrini hiss edin, qəhvə içərkən onun təmi haqda düşünün.

Əgər siz bunları etmirsizsə, deməli ancaq öz fikirlərinizdə, öz “beyninizdə” yaşayırsız. Fikirlərinizi susdurub, daha çox yaşamağa, hiss etməyə çalışın.

 

fikir6

 

Çox “düşünməyin” qarşısını almaq üçün nə etməli?

Bu məsələdə əsas amil –şüurumuzdur.

Fikirlərinizi müşahidə edin, bunu şüurlu – məqsədli şəkildə etməlisiz. Ağlınızdan yararsız fikir keçəndə – bunun sadəcə fikir olduğunu düşünün və ətrafınıza baxıb, rəallığa qayıdın.

Öz düşüncə tərzinizi dəyişsəz – həyatınızı da dəyişərsiz.

Uilyam Ceyms

Unutmayın, fikirlərimiz və düşüncələrimiz həyatımıza təsir edən əsas qüvvədir.