Avtomobil

Niva-nın yeni modeli gəlir

422views

40 il əvvəl istifadəyə verilən və o gündən bəri hər hansı bir dəyişiklik edilməyən Lada Niva, 21-ci əsrdə geri qayıdır.

Vesta və XRAY ilə yeni model hazırlıqlarına başlayan marka, yeni Niva üçün işlərin başladığını bildirib. Avtovaz İcraçı Direktoru Nikola Maure məsələ ilə bağlı yeni Nivanın 21-ci əsr texnologiyalarına malik olacağını bildirib.

Yeni Lada Nivanın yollara, növbəti il çıxması gözlənilir. Rusiyanın nüfuzlu qəzetlərindən biri olan Izvestia-ya görə, modelin üç və beş qapılı variantları olacaq. Dörd təkər çəkmə sistemi ilə birlikdə təqdim olunacaq üçüncü nəsil Nivanın 1.7 ltlik 83 HP gücə malik bir mühərrikə sahib olacağı və manual pilləylə kombinasiya ediləcəyi də qeyd olunan məlumatlar arasında yer alır.

Yeni Niva üçün hərəkətə keçilməsinin səbəbi kimi rus avtomobil bazarında satışların aşağı düşməsi göstərilir. Yeni Niva, markanın Vesta və XRAY modellərindən sonrakı üçüncü yeniliyi olacaq.

Avtomobilin dizaynı ilə bağlı isə hələ ki, bir məlumat yoxdur.