Sağlamlıq

Nikotin: siqaret çəkmək vərdişi və bu vərdişdən qurtulmağın yolları

682views

Ümumdünya Səhiyyə təşkilatının hesablamalarına görə, hər il təxminən beş milyona yaxın adam nikotinin təsirindən vaxtsız dünyasını dəyişir. Nikotin isə tütünün tərkibində olan yüzlərlə ziyanlı maddədən yalnız biridir, olsun ki, birincisidir. Tütün ağ ciyərlərdə xərçəng xəstəliyinin yaranmasının əsas səbəbkarı hesab edilir. Siqaret çəkmək habelə, ürək-damar və onkoloji xəstəliklərin digər formalarının yaranmasına gətirib çıxarır.

Ağız boşluğu, qida borusu, böyrək, dalaq və mə’dəaltı vəzidə xərçəng xəstəliyi çox hallarda siqaret çəkmək nəticəsində əmələ gəlir.

Ekspertlər söyləyirlər ki, təkcə siqaret çəkən adam deyil, siqaret tüstüsü ilə nəfəs alan adamlar da risk qarşısında qalır.

si2

İnsanlar siqareti çəkməyə başlayan kimi, onun mənfi tə’sirlərinə məruz qalır, siqaretin tərkibində olan nikotinə alışırlar. Nikotin kokainalkoqol qədər güclü tə’sirə malikdir və eyni sürətlə asılılıq yaradır. Siqaret çəkənlərin çoxu onun ziyanlı tə’sirindən xəbərdardır. Lakin siqareti tərgitmək asan deyil, birdəfəlik atmaq isə çətin məsələdir.

Mütəxəssislər hesab edir ki, gündə 3-4 qutu siqaret çəkən adamın bu ziyanlı vərdişi dərhal tərgitməyi mümkün deyil.

Odur ki, gündəlik normanı azaltmaq və bir qutu səviyyəsinə çatdırmaq lazımdır. Yalnız bundan sonra siqareti tam atmaqdan danışmaq olar.

si1

Amma bəziləri bunu edə bilmir və gündə bir neçə siqaret çəkməkdə davam edir. Digərləri tərkibində nikotinin az olduğu, ya da nanəli (mentollu) siqaret çəkir. Amma nanəli siqaretin zərəri adi siqaretdən daha çoxdur. Çünki sərinləşdirici tə’sirə malik olduğu üçün adamlar mentolu ağızlarında və ağ ciyərlərdə daha çox saxlayırlar. Bu isə adi siqaretədən daha təhlükəlidir.

si5

Ekspertlərin ümumi fikrinə görə siz siqareti tam atmaqla ömrünüzü uzada bilərsiniz. Bu zaman özünüzü daha yaxşı hiss edəcək, yaxşı görünəcəksiniz.

Siqareti atan kimi xərçəng xəstəliyinin yaranması ehtimalını aşağı salırsınız.

Sonuncu siqareti atan kimi qan təzyiqi 20 dəqiqə ərzində normal səviyyəyə çatır. Bir gündən sonra infarkt keçirmə şansı azalır, bir ildən sonra isə ürək xəstəliklərinin inkişaf etməsi riski siqaret çəkən adamla müqayisədə yarıya enir.

si4

Siqareti atmaq üçün indi müxtəlif üsullardan istifadə edilir. Məsələn, siqaret çəkən adam nikotini əvəz edən kiçik ampulanı dərisinin altına yerləşdirir. Onlar tərkibində nikotin olan maddələri çeynəyə də bilərlər. Ekspertlər adamların siqareti atdıqda özlərini narahat hiss etdiklərini, bə’zən stres keçridiklərini deyir. Bə’zi adamlarda bu, baş və mədə ağrıları ilə müşayət olunur. Amma hər şey sizin psixoloji hazırlıqdan asılıdır.

Əgər birdəfəlik siqareti atmaq fikrindəsinizsə, cəsarətli olun və bu gün siqaret atın, sabaha qoymayın. Nikotinin bir daha həyatınıza hakim olmayacağınıza özünüzü inandırın.

Sağlam həyat keçirməyə çalışın. Həftədə heç olmasa, iki-üç dəfə qaçmağa, təmiz havada gəzməyə çalışın. Doğrudur, bir-iki həftə çətin olacaq,  amma bir aydan sonra asanlaşacaq və siz siqareti tamamilə atmış olacaqsınız.