Cihazlar

Nikon’un ən köhnə foto kamerası hərraca çıxarılır

900views

İkinci Dünya müharibəsindən sonra, Nikon mülki məhsulların istehsalına başlamışdı. İlk 35-millimetrlik kameranı marka 1946-cı ildə planlaşdırmağa başlamışdı. Model iki il sonra, 1948-ci ildə 60922 seriya nömrəsi altında buraxılmışdı. Hərraca çıxarılan kameranın seriya nömrəsi isə 60924-dür. Yəni, bu kamera Nikon’un satışa çıxardığı 3-cü kameradır. Kamera tam işlək haldadır. Hətta orijinal kamera qapağı və dəri qutusu ilə birgə hərraca çıxarılır.

Kameranın üzərində “İşğal olunmuş Yaponiya istehsalı” (Made in occupied Japan) sözləri həkk olunub.

İlkin dəyəri 90.000 avro olan kamera 19 noyabrda Vyanada hərraca çıxarılacaq.

nik1 nik2 nik3 nik4 nik5 nik6 nik7