CihazlarMaraqlı

Nikola Teslanın hamıdan gizlədilən və çox təhlükəli olan 5 icadı

Nikola Tesla
325views

Görkəmli alim və ixtiraçı Nikola Teslanın bildiyimiz ixtiralarından başqa, müxtəlif səbəblərlə hamıdan gizlədilən və çox təhlükəli bəzi ixtiraları da var.

Yaşadığı dövrdə apardığı təcrübələrlə günümüzə belə təsir edən Nikola Teslanın bir çox ixtiraları var. Ancaq bunlarla yanaşı, o dövrün yüksək statuslu insanlarının mane olmaları üzündən bəlkə də inqilab yarada biləcək bəzi ixtiraları hamıdan gizlənib. Həmçinin Tesla bəzi ixtiralarını da özü təhlükəli gördüyü üçün həyata keçirməyib. Gəlin Teslanın gizli qalmış bu ixtiralarına birlikdə nəzər salaq.

Ölüm işığı

Tesla, 1930-larda Teleforce adını verdiyi ölüm şüasını tapdığını iddia edib. Cihaz, düşmən təyyarələrini, xarici ordu kimi şeyləri ortadan qaldırmaq üçün istifadə edilən intensiv enerji istehsal edə bilirdi. Tesla, bu ölüm şüası ilə inzibati rayonların bir-birilərini çox asan bir şəkildə yox edəcəyini düşünürdü və bu ixtira, bu səbəblədə heç həyata keçirilmədi. Tesla, bu şüayla 200 mil məsafədəki hər hansı bir şeyin yox edilə biləcəyini nəzərdə tuturdu. Teslanın bu icadı ilə bağlı işləri oğurlanmağa çalışılsa da, uğursuz olunmuşdu.

Nikola Tesla - Ölüm İşığı
Nikola Tesla – Ölüm İşığı

Teslanın Vibratoru
1898-də Tesla, kiçik bir laxlayan cihaz etdiyini və bu cihazı ofisinə yerləşdirib işlədəndə, bina və ətrafındakı hər şeyi sarsıtdığını iddia edib. Yəni başqa sözlə, cihaz zəlzələləri simulyasiya edirdi. Tesla belə bir şeyin meydana gətirdiyi dəhşətli şeylərin fərqinə vardığı cihazı təsirsiz hala gətirmək üçün əlinə bir çəkic aldığını və əməkdaşlarına, sarsıntı ilə bağlı sual verildiyi təqdirdə xəbərləri olmadığını söyləmələri istiqamətində göstəriş verdiyini deyib. Bəzi nəzəriyyəçilər, ABŞ hökumətinin Teslanın bu işini davam etdirdiyini düşünür.

Nikola Tesla - Tesla Vibratoru
Nikola Tesla – Tesla Vibratoru

Pulsuz Elektrik Sistemi
JP Morqan-dan aldığı maliyyələşdirmə ilə Tesla, 1901 və 1902 illəri arasında Nyu-yorkda nəhəng bir kabelsiz rabitə stansiyası olan Wardenclyffe Qurğusunu hazırladı və inşa etdi. Tesla, bu stansiya vasitəsilə Atlantika üzərindən İngiltərəyə və gəmilərə mesajlar, telefonlar və fakslar çatdırmağı planlaşdırırdı. Layihə uğurlu olsaydı, hamı yerə lövbər zənciri sancaraq elektrikə sahib ola bilərdi. Lakin, bu durum enerji sənayesində çox ciddi dəyişikliklərə yol aça bilərdi və bu dünyadakı elit təbəqənin işinə yaramırdı. Teslanın məqsədini öyrənən Morqan, layihəni maliyyələşdirmə etməyi rədd etdi və layihə 1906-ci ildə yarıda buraxıldı.

Nikola Tesla - Pulsuz Elektrik Sistemi
Nikola Tesla – Pulsuz Elektrik Sistemi

Uçan Çay Qabı
1911-də Tesla, yerin cazibə qüvvəsinə qarşı uçan bir maşın etdiyinə dair bəyanat verib. Teslanın açıqlamasına görə, bu uçan maşın qanadlara və ya pərvanələrə malik deyildi. Hava vəziyyəti və hava boşluqlarına məhəl qoymadan son dərəcə etibarlı bir şəkildə və yüksək sürətlə uçan maşın, pulsuz bir enerji sistemi ilə çalışırdı. Yeni inkişaf etməyə başlayan aviasiya və avtomobil sənayesinin neftə bağlı olduğu bir zamanda ortaya çıxan bu icad, təbii ki, xoş qarşılanmadı və tarixin tozlu səhifələrindəki yerini aldı.

Nikola Tesla - Uçan Çay Qabı
Nikola Tesla – Uçan Çay Qabı

İnkişaf etdirilmiş Hava Gəmiləri
Tesla, elektriklə çalışan, yerin 8 mil yuxarısında uçan və üç saatda Nyu-Yorkdan Londona sərnişin daşımalı olan hava gəmilərini hazırladı. Həmçinin Tesla, bu vasitələrin güclərini atmosferdən alacağını və beləliklə yanacaq almaq üçün dayanmalarına lazım olmayacağını da düşünürdü. Bu insansız hava gəmiləri, uzaqdan hava hücumları üçün istifadə ediləcəkdi. Ancaq bu icadı da yuxarıda bəhs etdiyimiz ixtiraları kimi heç bir zaman həyata keçmədi.

Nikola Tesla - İnkişaf Etdirilmiş Hava Gəmiləri
Nikola Tesla – İnkişaf Etdirilmiş Hava Gəmiləri