Digər İdman

Nico Rosberg liderliyi ələ keçirdi

215views

Formula 1-də sezonun 15-ci yarışı Singapur Grand Prix’sinin qalibi Mercedes’in Alman pilotu Nico Rosberg oldu.

Sinqapur küçələrində 5065 metrlik Marian Bay Pisti’ndə həyata keçirilən yarışda 61 turun sonunda Daniel Riccardo Rosberg’dən 0.5  saniyə geridə qalaraq 2-ci, Lewis Hamilton isə 0.8 saniyə gecikmə ilə 3-cü oldu.

Nico Rosberg 1.55.48.950 dərəcəsi ilə üst-üstə 3-cü, bu sezon 8-inci ümumilikdə isə 22-ci çempionluğunu qeyd etdi.

Bu qələbə ilə Rosberg, komanda yoldaşı Hamilton’u sürücülər reytinqində geridə qoyaraq ilk pilləyə yüksəldi.

Sezonun 16-cı yarışı Malezya Grand Prix-si 2 Oktyabr’da baş tutacaq.

Yarışı ilk 10 sırada bitirən pilotlar

1. Nico Rosberg (Mercedes)

2. Daniel Ricciardo (Red Bull-TAG Heuer)

3. Lewis Hamilton (Mercedes)

4. Kimi Raikkonen (Ferrari)

5. Sebastian Vettel (Ferrari)

6. Max Verstappen (Red Bull-TAG Heuer)

7. Fernando Alonso (McLaren-Honda)

8. Sergio Perez (Force India-Mercedes)

9. Daniil Kvyat (Toro Rosso-Ferrari)

10. Kevin Magnussen (Renault)

Pilotlar reytinqi

1. Nico Rosberg (Almaniya): 273

2. Lewis Hamilton (Büyük Britaniya): 265

3. Daniel Ricciardo (Avstraliya): 179

4. Sebastian Vettel (Almaniya): 153

5. Kimi Raikkonen (Finlandiya): 148

Komandalar reytinqi

1. Mercedes: 538

2. Red Bull: 316

3. Ferrari: 301

4. Force India: 112

5. Üilliams : 111