Futbol

Neymardan Messi etirafı

neymar interview 2016
175views

Barcelona’nın Braziliyalı futbolçusu Neymar, komanda yoldaşı Lionel Messi sayəsində karyerasında yüksəldiyini açıqlayıb.

ABŞ mətbuatına müsahibə verən Neymar, Barcelona’ya transfer olduğu 2013-cü ildə futbol karyerasında gerilədiyini və yeni komandaya alışmaqda çox çətinlik çəkdiyini etiraf edib.

Barcelona’dakı ilk matçlarında meydançada istədiyi performansı göstərə bilmədiyini söyləyən Braziliyalı ulduz, “İlk dövrlər mənə çətin oldu. İşlər yolunda getmirdi deyə çox pis olurdum. Ancaq Messi mənə kömək etdi və uğursuzluqdan xilas etdi” deyə bildirib.

Messi’nin dəfələrlə özüylə danışdığını vurğulayan Neymar, “Messi həvəsdən düşmədən bu şəkildə davam etməmi, rahat olmağımı və meydançada necə istəyirəmsə o şəkildə oynamağımı söylədi. Və bu məsləhətlər sayəsində yüksəliş dövrünə keçdim. Messi heyranlıqla izlədiyim bir insandır” deyə söyləyib.

messi neymar suarez yaaz.az
Messi, Neymar, Suarez

Messi və Luis Suarez ilə birlikdə Barcelona tarixinin ən məhsuldar üçlüyü olduqlarını söyləyən Neymar, “Bir-birimizə olan ciddiyət, qarşılıqlı hörmət və dostluğumuz sayəsində xoşbəxtik və bu özünü meydançada da göstərir” deyə bildirib.

Qeyd edək ki, hal hazırda Messi 19 matçda 22 qol və 7 məhsuldar ötürmə, Suarez 20 matçda 13 qol və 7 məhsuldar ötürmə, Neymar isə 17 matçda 6 qol və 14 məhsuldar ötürmə ilə ‘La Liga’ sezonuna davam etməkdədilər.