DizaynMaraqlı

Newsweek, ‘Xanım Prezident’ üzü ilə satışa çıxdı

601views

Amerikanın Newsweek jurnalı Hillary Clinton’u ABŞ’ın yeni prezidenti olaraq təqdim edib.

Amerikan New York Post qəzetinin xəbərinə görə, həftəlik xəbər jurnalı Newsweek, ABŞ prezident seçkiləri ilə bağlı öncədən iki fərqli xəbər hazırlayıb.

Bunlardan birində ‘Xanım Prezident’ üzü ilə Hillary Clinton’u ABŞ’ın ilk qadın prezidenti olaraq göstərir. Digırində isə, cox az bir ehtimala baxmayaraq yenə də ‘Prezident Trump’ üzünü seçir.

Jurnalın redaktorları Clinton’un qələbə qazanacağından o qədər əmin olurlar ki, ancaq ‘Xanım Prezident’ üzlü jurnalı qəzet köşklərinə göndərirlər. Və nəticədə bu üz qabığı ilə 120 min jurnal qəzet köşklərinə təqdim olunur. Ancaq köşklərdən satışın edilməməsi istənilir. Bəzi qəzet köşkləri isə səhvən ‘Xanım Prezident’ üzlü Newsweek jurnalları satışa çıxardır.

yaaz/az foto Donald Trump Hillary Clinton

Newsweek jurnalını yayımlayan Topix Media direktoru Tony Romando, sözü gedən xəta ilə bağlı, ‘Hamı kimi biz də səhv etdik’ deyə məsələ ilə bağlı fikrini bildirib. Romando, Trump üzlü jurnala marağın artdığını və yeni əlavə nömrələrin çəxacağını söyləyib.