Dünya

New York’da sərnişin qatarı relsdən çıxıb, 100 yaralı

New York'da sərnişin qatarı relsdən çıxıb, 100 yaralı
258views

Amerika Birləşmiş Ştatlarının New York ştatında sərnişin qatarının relsdən çıxması nəticəsində 100-dən çox adam yaralanıb.

Sıx sərnişin trafikinin olduğu səhər 8:00 radələrində Brooklyn dayanacağında meydana gələn qəza sonrası böyük çaxnaşma yaşanıb.

Hadisəyə şahid olan insanlar, “Həmişəkindən daha sürətli gedirdi. Çünki mən hər gün bu qatarla gedirəm. Elə bu barədə düşünürdüm ki, hadisə baş verdi. “

“Biz öndəki vaqondaydık. Mən də önə doğru yıxıldım, bir adam məni tutdu. Həmin vaxt dizimi harasa vurmuşam. İndi ayağımı bükməkdə çətinlik çəkirəm. “

Terminalda qatarın platforma ilə toqquşması sonrası çıxan səs və tüstü nəticəsində isə terror hücumu çaxnaşması yaşanıb. Qəza zamanı qatarda 600-dən çox adam olub.