Maraqlı

New York polisi 20 saniyədə 1.6 milyon dollar oğurlayan şəxsi axtarır (Video)

287views

New York’da Sentyabr ayında təhlükəsizlik xidməti işçilərinin diqqətsizliyindən faydalanaraq 1,6 milyon dollar dəyərində bir vedrə qızıl oğurlayan oğru hələ də tapılmayıb.

Polis, bu günlərdə isə hadisənin video görüntülərini yayımlayıb. Videoda oğrunun zirehli bir avtomobilin içindən içi qızıl dolu vedrəni götürərək aradan çıxması görsənir. Oğru çətinliklə də olsa 39 kiloluq qızıl vedrəsini qucağına alaraq Manhattan küçəsində yoxa çıxır.

‘Rockefeller Center’ ticarət mərkəzinin yaxınlığında baş verən bu hadisə cəmi 20 saniyə içərisində reallaşır.

Yaşının 50 ilə 60 arasında olduğu təxmin edilən oğrunun 10 dəqiqəyə gedə biləcəyi yolu, 1,6 milyon dollar dəyərindəki qızıl vedrə ilə 1 saata getdiyi müşahidə olunur.

Axtarışları davam etdirən Amerika polisi isə, oğrunun Florida ştatında gizləndiyini düşünür.