Oyun

NBA 2K17-dən bir ilk

318views

Əfsanəvi fransız futbolçu Thierry Henry rəsmi olaraq NBA 2K17 oyununda yer alacaq.

Karyerasında Arsenal və Barcelona kimi güclü klublarda oynamış Henry video oyunlara geri dönür. Bu dəfə isə o, NBA-da. NBA 2K17 “Blacktop” modunda seçilib oynanıla biləcək Henry, sosial mediadan “Sehv görmədiniz. 2k17-dəyəm.” sözlərini bildirib.

“Uşaqlığımdan NBA fanatıyam. NBA oyununda yer alan ilk futbolçu olduğum üçün qürurluyam.” deyən Henry oyunda oyunçuluqdan əlavə azarkeşlik etdiyi San Antonio Spurs komandasının oyunlarında kənarda azarkeş kimi görsənəcək.

Aprel ayında sosial şəbəkələrdə şəkil paylaşan Henry bir oyunda yer alacağını bildirmişdi. Çoxları bu oyunun PES 2017 və FİFA 2017 olduğunu düşünsə də nəticə sürpriz oldu.

Elnur Cəfərov
idman xəbərləri yazarı