Kosmos

NASA-ya görə 20 ilə yadplanetlilərlə tanış olacağıq

632views

NASA-ya görə 20 ilə yadplanetlilərlə tanış olacağıq.

Elm fantastika filmlərində gördüyümüz kimi insan ilə yad planetlilərin qarşılaşması şübhəsiz ki, elmin də ən intensiv zaman xərclədiyi məsələdir. NASA-nın aparıcı mütəxəssislərindən Dr. Kevin Hand bu məsələ ilə bağlı olduqca maraqlı bəyanatlar verib.

ABŞ-ın Boston şəhərində təşkil olunan bir konfransda danışan Hand “Bəşəriyyət tarixində ilk dəfə həqiqətən dünyanın xaricində biologiyanın işləyib işləmədiyinə dair əsas suala cavab vermək üçün vəzifələr yaradıb, bayıra çıxa bilən alətlər hazırlaya biləcəyik” deyib.

Bu tezisi ilə bağlı tarix də verən Hand, 2024 və ya 2025-ci ildə son dərəcə təsirli kəşf vəzifələri reallaşdıra biləcəklərini vurğulayıb. Kainatda planetimizə bənzəyən 40 milyard planet var.

Ancaq hər hansı bir inkişaf etmiş mədəniyyətin bizimlə əlaqə qurması güman etdiyimizdən daha uzun sürə bilər. Çünki yad planetlilərin istifadə etdiyi dalğaların səyahət məsafəsi güman etdiyimizdən daha yavaş ola bilər.

Bundan başqa, bu dalğalar bizim fərq etdiyimizdən də mürəkkəb quruluşa malik olduğu üçün nəzərdən qaçırmış da ola bilərik. Çünki kosmosu 1984-dən bəri eşidirik və bu texnologiyamız olduqca primitiv ola bilər. Bundan başqa, planetimizdən 32 işıq ili uzaqlıqdakı dalğalar hələ bizə gəlib çatmış deyil. Kainatın böyüklüyü nəzərə alındıqda bizə doğru irəliləyən “ilk salam” mesajı hələ də yolda ola bilər.

Bizim də kosmosa 100 ildən bir az artıq müddətdir dalğa göndərdiyimizi düşünsək bizim məktubumuzun da hələ də bir mədəniyyətə çatmadığını söyləmək mümkündür.

Ən pessimist ssenariyə görə, kainatda başqa həyatlar axtaran tək mədəniyyət biz ola bilərik. Ya da başqa bir planetdəki həyat daha biz çatmamış özünü məhv etmiş olar.

Planetimizin Soyuq Müharibə illərində nüvə müharibə təhdidi altında yaşadığını düşünsək başqa bir mədəniyyətin bənzər bir səbəbdən məhv olması da olduqca mümkündür.