Kosmos

NASA mütəxəssisləri ‘Mars şərtlərində’ kartof yetişdirməyi bacardılar

Mars
144views

NASA mütəxəssisləri ‘Mars şərtlərində’ kartof yetişdirməyi bacardılar.

NASA-da xidmət edən elm insanları və Beynəlxalq Kartof Mərkəzinin əməkdaşları, Marsdakı mühitə yaxınlaşdırılan şərtlərdə kartof yetişdirmə təcrübələrinin uğurla nəticələndiyini bildiriblər.

NASA-nın Perulu astrobiologiya mütəxəssisi Xuan Valdivia-Silva və Perulu əkinçilər, Cubesat (küp peyk) adı verilən nano peykinin içində Marsdakı atmosfer, hava təzyiqi və torpağa maksimum oxşar şərtlər yaradaraq bu şərtlərdə kartof yetişdirmə sınağı həyata keçiriblər.
Aparılan təcrübələr, qırmızı planetdəki şərait, lazımi miqdarda su və qidalandırıcı maddə veriləndə kartofun yetişməsi üçün mane olmadığını göstərib.

NASA mütəxəssisləri və Beynəlxalq Kartof Mərkəzinin komandası, ən səmərəli və gələcəkdə Marsa gedəcək koloniyaçılar tərəfindən ən rahat yetişdirilən kartof cinsini seçmək məqsədilə təcrübəni bir neçə dəfə daha təkrar etməyi planlaşdırdıqlarını bildiriblər.