Kosmos

NASA, Marsın ‘Döyünən Ürəyi’nin şəkillərini paylaşdı

Mars
193views

Amerikan Milli Aviasiya və Kosmos Dairəsi (NASA), Qırmızı Planet Marsın yeni görüntülərini paylaşdı.

NASA  tərəfindən bölüşülən görüntülərdə, Marsın səthindəki qırmızı rəng sərt qayalıqlar görünür.


Mars səthini adətən xırda dənəli daş və qayalıqların tutduğunu qeyd edən mütəxəssislər, planetin bir hissəsində gərgin və sərt qayalıqların olduğunu göstərən yeni görüntülər əldə etdiklərini bildiriblər. ABŞ-lı məşhur yazıçı Edqar Allan Poe hekayəsinə istinad edilərək paylaşımda “Rəngli Qaya təbəqələri. Ya da bizim sözümüzlə, Marsın Döyünən Ürəyi” ifadələrində olublar.


Qırmızı rəngli qaya laylarının arasında nazik qum dənələrinin də olduğu ifadə edilən açıqlamada, yeni görüntülərin Marsın səthindən 300 kilometr məsafədə yerləşən Mars Reconnaissance Orbiter kosmos alətindən əldə edildiyi qeyd olunub.