DünyaKosmos

NASA, dünyanın ən detallı fotosunu yayımladı

NASA
175views

Amerika Kosmos Agentliyi NASA kosmosda inci kimi parlayan dünyamızın ən təfərrüatlı fotosunu dərc etdi.

Bəşəriyyət olaraq hər nə qədər “Onu” çirkinləşdirmək üçün əlimizdən gələni etsək də, Dünya, kainatdakı ən böyük gözəlliklərdən birini təmsil etməyə davam edir. Amerika Atmosfer və Okean İdarəsi Qurumu ilə əməkdaşlıq sonrasında NASA-nın yaydığı fotoşəkil, bunun nümunələrindən biridir.

NASA
NASA

5 yanvarda çəkilən bənzəri görülməmiş foto, planetimizin bu ana qədər çəkilən fotolarından dörd qat daha çox detal daşıyır.

Bəhsi keçən vizual, Dünyada izləmə peykləri donanmasının ən yeni üzvü GEOS-16 (və daha əvvəl GOES-R) tərəfindən çəkilmişdi. Fotoşəkil, yaxın keçmişdə açılan Amerika Milli Okean və Atmosfer Rəhbərliyi Təşkilatının layihəsi üçün xüsusi olaraq çəkilmişdir.

Milli Hava Vəziyyəti İdarəsinin rəisi Luis Uccellini: “Qarşıdakı şey gözəl bir fotodan daha çox şey daşıyır. Qarşınızdakı hava müşahidələrin gələcəyində dayanır”.

Uccellini, “Bu cür fotoşəkillərlə, xüsusən sıx dövrlərdə daha doğru, daha etibarlı xəbərdarlıqlar xarakterli məlumat ala bilərik” ifadələrini bildirib.

Fotoya görə Şimali Amerika, önümüzdəki günləri bol qarlı, qarla qarışıq yağışlı və hətta bir az da fırtınalı keçirəcək.