Kosmos

NASA, Ayın yanına “dərin kosmos yaşayış” məntəqəsi inşa etməyə başlayıb

288views

NASA, Ayın yanına “dərin kosmos yaşayış” məntəqəsi inşa etməyə başlayıb.

NASA, gələcəkdə astronavtları yerləşdirmək üçün “dərin kosmos yaşayış” məntəqəsi qurmağa hazırlaşır. Kosmos agentliyinin Next Step-2 adlı proqramı 65 milyon dollar büdcə tələb edir.

Dərin kosmos yaşayış məntəqəsi, Ay və Mars istiqamətli layihələrə dəstək funksiyasını daşıyır. Yaşayış məntəqələri, dünyada hazırlanıb inşa edilib, kosmos mühitinə bənzər bir mühitə yerləşdiriləcək və bu sayədə alimlər onları rahatlıqla test edə biləcəklər.

NASA-nın verdiyi məlumata görə, bu maşınlar kompleks sistemlərə və saysız xüsusiyyətlərə sahibdirlər. Məntəqə içində saxlama yerləri, dəstək sistemləri, radiasiya azaldıcılar, monitorinq sistemləri, yanğın söndürmə və səhiyyə sistemləri də var.

Yaşayış üçün hazırlanmış mühit prototipləri NASA və digər təşkilatlara layihəni daha da inkişaf etdirə bilmə imkanı təqdim edir.

derin-uzay-habitatlari

Dərin Kosmos yaşayış məntəqəsi 2012-ci ildə NASA tərəfindən ortaya qoyulan bir texnologiya idi. Bu dizayna görə dörd kosmos qrupu işçisi dünyaya yaxın orbitlərdə kəşfiyyat apara biləcəklər. Yaşayış məntəqələri 60 və 500 günlük vəzifələr üçün hazırlanmışdı. İndi isə əhatə dairələri daha da genişləndirilmiş vəziyyətdədir. Bu sayədə daha uzaq nöqtələrdə qurulması da mümkün hala gələcəkdir.