Kosmos

NASA, 10 il əvvəl Mars’da həyat tapıb | İddia

291views

NASA, Marsda 10 il əvvəl həyat tapıb?

NASA-nın təxminən 10 il əvvəl Marsda həyat tapdığı iddia edilir.
ABŞ Kosmos və Havaçılıq Dairəsinin (NASA) kosmik aparatı Spiritin 2007-ci ildə çəkdiyi fotoşəkillərdə Marsda daha əvvəl həyat olduğuna dair izlər olduğu irəli sürülüb. Fotoşəkillərdə görülən bəzi strukturlar əslində mikro canlıların meydana gətirdiyi və bu izlərin mikrobial səviyyədə həyat olduğunu göstərdiyi düşünülür.
Nature Communication adlı elmi jurnalda çıxan bir məqaləyə görə; kosmik aparatının 2007-ci ildə Gusev krateri yaxınlığında çəkdiyi torpaq, daş və tozdan ibarət regolit təbəqəsi və qayalıqlı səthlərdə böyük ehtimalla bio izlər olduğu qeyd olunur.

Mütəxəssislər bu qayaların arasında eynilə dünyadakı kimi, tək hüceyrəli canlıların meydana gətirdiyi stramatolit adlı strukturların ola bilmə ehtimalı üzərində çalışırlar.