Maraqlı

Narkotik asılılığından qurtulub 30 yaşında milyoner olan sahibkarın həyatı

886views

Grant Cardone, beş şirkət və milyonlarla dollarlıq sərvətin sahibi olmadan əvvəl narkotik asılılığın pəncəsində bir həyat yaşayırdı. İndi isə vəziyyəti olduqca fərqlidir.

Multimilyoner, həyatını dəyişdirməsini bu sözlərlə izah edir;

Ən yaxşı kariyera tövsiyəsini heç iş təcrübəsi olmayan anamdan almışam. Mənə, ‘Ən yaxşı investisiya özünə etdiyin investisiyadır. İtirəcəyin heç bir şey yoxdur və etdiyin investisiyanın hər zaman geri dönüşü olur. Kimsə bunu əlindən ala bilməz. Tamamilə sənindir‘ demişdi.

5597bb23grantcardonesigningbookattheruthchrissteakhouseincityplace
Anasının tövsiyəsini dinləyən Cardone, 25 yaşındaykən maşın satışı işinə girərək içində olduğu çətin vəziyyətdən özünü qurtarmağı bacarmışdır.

Hər nə qədər etdiyim işdən nifrət etsəm də bu satış işinə özümü 100% həsr etmək qərar vermişdim.
Nahar edərkən satış dərsi verən videolar izləyib, işə gedərkən yolda şəxsi inkişaf kasetləri dinləyərək özünü inkişaf etdirən Cardone, işə hər zaman ilk gələn və axşam işdən ən son çıxan adam olmuşdu.

2ba38d03grantcardone
Cardone yeni kitabı “Be Obsessed or Be Avarage” (Düşkün ya da Sıradan biri olmaq) adlı kitabında izah etdiyinə görə, satış və avtomobil sənayesi ilə əlaqədar tapdığı hər şeyi oxumağa səy göstərib, “İlk ilin sonuna gəldiyimdə ümumi 700 saatımı satışçı olaraq özümü inkişaf etdirməyə sərf etmişəm” deyir.
Cardone bu səyinin nəticələrini da alıb. Faizlə çalışdığı satış işindən hər ay 3 min – 6 min dollar arası qazanc əldə etməyi bacarıb.

070ccdb5maxresdefault
“Qazandığım ilk 3 min dolların, ilk 1 milyon dollardan daha qiymətli olduğunu xatırlayıram. Çünki bu mənim üçün daha əhəmiyyətli idi” deyə izah edən Cardone, “Özümə baxışım dəyişdi. Özünə inamım və inancım artdı. Potansialıma olan baxışım dəyişdi” deyir.

Cardone 30 yaşına gəldiyində bir sahibkar olaraq ilk 1 milyon dollarını qazanmışdı. Bu gün 58 yaşında olan sahibkar hələ də anasının tövsiyəsini dinlədiyini bildirir;
“Hər kitab oxuduğumda ya da konfransa gedəndə kimsənin məndən ala bilməyəcəyi bir şeyə sahib olaraq həyatıma davam edirəm. Mənə heç bir maddi zərəri olmur ya da dövlət bunun üçün məndən vergi tutmur. Hökumət fərdi inkişafımdan vergi ala bilmir.”

1fe5de46cardonemainphoto