Musiqi

Nadeer Nəğd Pul, Sevda Yahyayeva və Ramil Nabran birgə duetə imza atıblar

308views

Nadeer Nəğd Pul, Sevda Yahyayeva və Ramil Nabran birgə duetə imza atıblar.

Sosial şəbəkələr vasitəsi ilə mahnılarını təqdim edən ifaçıların duetlərinin adı “2 Sevgi” adlanır.

Duet barədə mahnının müəllifi Nadeer Nəğd Pul saytımıza: “Bu trio mənim bu il işıq üzü görəcək kommersiya məqsədli Pop-Rap janrında olan “Tam Fərqli” albomumdan növbəti işimdir. Bütün mahnıların musiqisi və aranjımanı mənə, sözləri isə mənə və sənət yoldaşlarıma aiddir və həmçinin bu mahnı da mənə və Ramil Nabrana məxsusdur. Bu lahiyə Moombahton janrındadır və Ramil Nabranın əsas ifa etdiyi janrdır. Hər bir işdə, iş gördüyüm sənətçilərin janrlarına uyğun mahnı hazırlamağa çalışmışam və irəlidə hələ bir çox tanınmış sənətçilərlə layihələrimiz işıq üzü görəcək.” – deyə məlumat vermişdir.

 

 

Sevda Yahyayeva facebook vasitəsi ilə “Artıq yeni triomuz hazırdır. Xoş dinləmələr sizə. Yüksək səslə dinləmək məsləhətdir.” paylaşımı edib:

 

Ramil Nabran isə: