Siyasət

Nəhayət açıqladı, 4-cü dəfə namizəd olacaq

149views

Almaniyanın Baş naziri Angela Merkel, dördüncü dəfə seçkilərdə Partiyasının namizədi olacağını açıqlayıb.

Bu barədə partiya üzvlərinə danışan Merkelin, rəsmi açıqlamanı, Xristian Demokrat Partiyasının (CDU) ümumi mərkəzində edəcəyi gözlənilir.

Almaniyada ümumi seçkilərin gələn ilin payız aylarında keçiriləcəyi gözlənilir.

Ölkə içərisindəki tərəfdarlarının keçmişə nisbətən az olmasına baxmayaraq Angela Merkel, hələ də yaxşı bir siyasətçi kimi sevilməkdədir.

Xatırladaq ki, Merkel və partiyası bu il əyalət seçkilərində məğlubiyyətə uğramış və AFD Partiyası, CDU’ya ciddi bir rəqib olaraq görsənmişdi.