Futbol

Müqavilə yeniləməyən Alexis’ə yeni təklif var

Alexis Sanchez PSG 2017
115views

Arsenal ilə yeni müqavilə danışıqları nəticəsiz qalan Alexis Sanchez’i PSG transfer etmək istəyir.

Qış transfer dövründə heyətə yeni oyunçular qatmaqdan çox əlindəki ulduzlarla müqavilə yeniləməyi planlaşdıran Arsenal, çox çalışsa da Alexis Sanchez ilə hələ də razılığa gələ bilməyib.

Buna görə də, cari mövsümün sonunda London klubuyla müqaviləsi sona çatacaq Alexis üçün PSG indidən transfer hazırlıqları görmək istəyir.

Arsenal ilə Alexis Sanchez arasında bu mövsümün sonuna qədər yeni müqavilə imzalanmaması halında rəsmi təklifə hazırlaşan PSG’nin kluba 60 milyon avro təklif edəcəyi bildirilir. İstədiyi illik ödənişi Arsenal’dan ala bilməyən 28 yaşındakı oyunçuya Paris klubu həftəlik 250 min avro təklif edəcək.

Qeyd edək ki, Arsenal’da bu mövsüm 26 rəsmi matça çıxan Alexis Sanchez, 15 qol və 10 məhsuldar ötürmə ilə yadda qalıb.