Psixoloji yanaşma

Mükəmməlçilik və ideal axtarışı düşündüyünüz qədər yaxşı xüsusiyyətdirmi?

249views

Qəribə səslənsə də, mükəmməlçi olmaq, kamillik istəyi çoxlarına məqsədlərində çatmaqda mane olur, amma çox vaxt belə də olur.

“Seçimin paradoksu” kitabının müəllifi Barri Şvars bildirir ki, müasir mədəniyyətdə bolluq, müxtəlif seçimlər bizi məmnunluq hissindən məhrum edir. Çünki, nə əldə etsək də, daima əlimizdəkindən daha yaxşısı olacaq, və bunu bilmək mükəmməlçi birinə rahatlıq vermir.

Şvars insanları 2 qrupa bölür: mükəmməlçilər(iddialılar) və mülayimlər (orta iddialılar).

Müdrik seçim etmək bacarığı öz məqsədlərini aydın görmə inkişafı ilə başlayır. Etdiyimiz ən birinci seçim isə “kifayət qədər yaxşının və mükəmməlin” arasında etdiyimiz seçimdir. Əgər sizi “kifayət qədər yaxşı” qane etmir və siz “mükəmməlin” axtarışındasınızsa, deməli siz – mükəmməlçisiniz.

Barri Şvars

Mükəmməlçiliyin alternativi mülayim olmaqdır, yəni “mükəmməlin” arxasınca qaçmamaq, özünə uyğun yaxşı ilə kifayətlənməkdir. Bu o demək deyil ki, mülayimlərin qaydaları və prinsipləri yoxdur. Əksinə, onların qaydaları daha aydın və aşkardır.

Maksimalçı, mükəmməlçi insanlar isə daima ideal axtarışında olduqlarından etdikləri seçimdən də daha az sevinc hissi duyurlar. Onlara daima elə gəlir ki, hər şeyin daha yaxşısı var və məhs onu tapmaq lazımdır.

İstənilən qərarı qəbul etmək zərurəti ilə üzləşəndə, mükəmməlçi məlumat axtarmağa başlayır, müqayisə və təhlil edir. Lakin ideal seçim üçün nə qədər vaxt sərf etsələr də, ideal axtarışları özünü doğrultmayacaq. Çünki, ideal seçim yoxdur.

muk1

İçinizdəki mükəmməlçidən xilas olmaq üçün sadə plana uyğun hərəkət edin. Məsələn nəsə almaq istədiyinizdə:

-Hansı məbləği xərcləməyə hazır olduğunuzu düşünün

-Bir-iki mağazada təqdim olunan bütün seçimləri nəzərdən keçirin

-Keyfiyyətinə etibar etdiyiniz və cibinizə uyğun seçimi edin

-Alış-veriş zamanını məhdudlaşdırın. Bütün variantları gözdən keçirməyə 3-4 gün yox, bir neçə saat sərf edin.

Mükəmməlçiliyin də çatışmayan cəhətləri var. Məsələn, “prokristinatorlar”(-işlərini sonraya saxlayanlar, son ana qədər heç nə etməyənlər) adətən məhs mükəmməlçilərdir. Onlar vaxtın bolluğundan istifadə edib daha çox seçimi gözdən keçirmək istəyirlər, nəticədə isə məmnunluq hissi duymurlar.

İdeal və mükəmməllik axtarışları normaldır. Biz özümüz və yaxınlarımız üçün hər şeyin ən yaxşısını istəyirik. Lakin, mükəmməl heç nə yoxdur, bizim üçün “yaxşı” olan seçim məhz ideal seçimdir.