Tennis

Möhtəşəm matçın qalibi – Rafael Nadal

Rafael Nadal Aus Open 2017
201views

Rafael Nadal rəqibi Aleksandr Zverev’i 3-2 məğlub edərək Avstraliya Açıqda 4-cü tura yüksəlib.

5 setlik möhtəşəm mübarizənin sonunda Nadal, gənc rəqibi Zverev’i 4-6, 6-3, 6-7, 6-3 və 6-2-lik setlərlə məğlub edərək növbəti tura adını yazdırıb.

Gənc rəqibi qarşısında setlərdə 2-1 geri düşməsinə baxmayaraq ruhdan düşməyən ispaniyalı tennisçi , karyerasındakı 12-ci Avstraliya turnirində 10-cu dəfə 4-cü tura yüksəlməyi bacarıb.

Matçı 34 sadə səhvlə tamamlayan Nadal’a qarşı, Zverev 74 sadə səhvlə oynayıb və nəticədə təcrübəli rəqibinə qarşı bu mübarizədən məğlub ayrılıb.

Qeyd edək ki, Rafael Nadalın 4-cü turdakı rəqibi Fransalı tennisçi Gael Monfils olacaq.