Münasibətlər

Misirli gənc qızın şantaja qarşı mübarizəsi : “Bədənimdən utanmıram”

138views

Qadınlara aid şəxsi görüntülərin internetdə şantaj və qorxutma məqsədi ilə paylaşılması bütün dünyada getdikcə böyüyən bir problemə çevrilib.

BBC kanalının Ərəbcə xidməti, Şimali Afrika, Orta Şərqi və Cənubi Asiyada apardığı araşdırmalarda, şəxsi görüntüləri, öz razılıqları olmadan internetdə paylaşılan və təhidlərə məğlub olmayan qadınlar ilə həm söhbət olub.

yaaz.az photo kader ahmed

Ardıcıl xəbərlərin ilk qəhrəmanı, Misirdən olan Kader Ahmedin başına gələnlər və apardığı mübarizə.

Kader 18 yaşında ikən, rəqs edərkən çəkilmiş bir videosunu sevgilisinə göndərir.

Saçları açıq və əynində qısa yubka olan Kader, videonu göndərərkən, bir gün bu görüntülərin özünə qarşı təhdid ola biləcəyini ağlından belə keçirməmişdi. Ancaq bir neçə il sonra bu hadisə baş verir.

Utanılacaq bir şey etməmişdim

2009-cu ildə hələ 19 yaşında ikən bir dostumuzun evində qızlarnan əylənib rəqs edirdik. Misirdə qadınların cəmiyyət içərisində rəqs edə biləcəkləri yerlər yoxdur. Bu səbəbdən də evlərdə, qapalı qapılar arxasında toplanıb əylənmək məcburiyyətindəyik.

Bir rəfiqəmdən rəqs edərkən məni vodeoya çəkməsini istədim. Görüntülərdə pornoqrafik heçnə yox idi, yalnız üzərimdə bədənimin bəzi yerlərini açıq göstərən paltar var idi. Bir neçə gün sonra videonu o vaxtki sevgilimə göndərdim.

Avropada və ya Amerikada bu, böyük bir hadisə sayılmır. Ancaq mən Nil Hövzəsində yaşayan Müsəlman bir ailənin övladıyam. Həyat yoldaşımdan başqa bir kişinin bədənimi görməməsi gərəkdiyinə inandırılaraq yetişdirilmişəm. O vaxtlar evdə belə hicab taxırdım. Cəmiyyətimizdə örtünmək, qadın namusunun bir simvolu olaraq görülməkdədir.

Həyat yoldaşım və ya nişanlım olmayan bir insana bu videonu göndərməyin risqli olduğunu bilirdim ancaq yenə də bunu etdim. Hətda bir müddət sonra ona şəxsi şəkillərimi də göndərdim.

yaaz.az photo kader ahmed

2012-ci ildə sevgilim ilə ayrıldıq. Təhdidlər də bundan sonra başladı. Əgər ona qayıtmasam, video və fotoşəkilləri internetdə yayımlayacağını söylədi. Cəmiyyətdə qadın haqqları müdafiəsi və siyasi aktivist olaraq çalışdığımı bilirdi. Əlindəki video və şəkillərlə, karyeramı bitirəcəyini və məni ləkələyə biləcəyini düşünürdü.

Bədənlərimiz bizə deyil ailənin kişilərinə aiddir.

Doğurdan da çox qorxdum, bunun həyatımı belə təhlükəyə ata biləcəyini düşündüm. Cəmiyyətimizdə bütün ailənin hörməti, ailədəki qadınlara görə təyin edilir. Bədənlərimiz bizə deyil, ailənin kişilərinə aiddir. Bədənlərimiz ailənin namusunu qoruyan bir vasitədir. Görüntülərin ailəmi utandıracağından, dostlarımız və qonşularımızın atamı yaxşı bir qız yetişdirə bilməməkdə günahlandıracağından qorxdum. Köhnə sevgilimə görüntüləri yayımlamaması üçün yalvardım.

Bir il sonra, dostlarıma rəqs etməyi çox sevdiyimi söylədim. Dost qrupumuzdakı bir oğlanın cavabını isə heç vaxt yəqin unuda bilməyəcəm, “Bilirəm, rəqs edərkən çəkilən videonu Youtube’da izləməşəm” dedi.

Beləliklə tək rəqs videom deyil , şəxsi şəkillərimdən ibarət olan video da internetdə yayımlandı. Şəkillərdən ibarət olan videonu Youtube’dan sildirməyi bacardım ancaq rəqs videom hələ də qalmaqdadır.

yaaz.az photo kader ahmed

Gizli şəkildə vəkil olan bir dostumdan hüquqi müraciət ilə bağlı məsləhət aldım. Dostum ‘Qaralama’ şikayəti ilə köhnə sevgilimi məhkəməyə verə biləcəyimi söylədi və növbəti gün bu barədə polisə müraciət etdim.

Ailəmin həmin vaxtlar heç bir şeydən xəbərləri yox idi və mən vəziyyətin bu şəkildə davam etməsinə ümid edirdim. Ancaq bir neçə ay sonra Qahirədən ailəmin yaşadığı yerə qayıdarkən yolda anam zəng vurdu.

Məhkəməyə çağırılan sevgilim, qorxaraq gedib hər şeyi atama danışıb. Hətda atama, bədənimi gördüyünü isbatlamaq üçün, şəkillərimi belə atama göstərib. Ardından atama, əgər şikayət geri çəkilərsə ailənin namusunu qurtarmaq üçün mənimlə evlənə biləcəyini söyləyib. Bu mənə təklif olunan ən pis evlənmə təklifi oldu.

Ailəm bütün təzyiqlərə baxmayaraq mənə dəstək oldu.

Bu təklifin absurdluğu, Misir və bütün Ərəb dünyasında qadınların cinsi azadlığı üzərindəki məhdudiyyətləri açıq şəkildə göstərməkdədir. Hətda bəzi ölkələr cinsi təcavüz vəziyyətlərində belə eyni məntiq ilə yanaşırlar. Misal olaraq, İordaniyada 308 nömrəli qanun, təcavüz edənlərin qurbanlar ilə evlənməsi halında cinayəti bağışlayır.

Evə çatdıqda anam əsəbindən dəli olmuşdu. Anam “Bizi utandırdın” dedi. Evdən çıxdım və uzun bir müddətdir yaşadığım Qahirə şəhərinə getmək üçün avtobusa mindim. Ailəmi tatmami ilə itirdiyimi düşünürdüm. Ancaq bir neçə kilometr sonra avtobusu dayandıraraq düşdüm. Evə qayıtdım və vəziyyəti yaxşılaşdırmaq üçün mənə kömək etmələrini istədim. Onlara, “Bu vəziyyəti sizin köməyiniz olmadan həll edə bilmərəm” dedim.

yaaz.az photo kader ahmed

Atam videonu köhnə sevgilimə göndərdiyim üçün mənə çox hirslənmişdi. Ona günahın məndə deyil, şəxsi həyatımı əzən o, insanda olduğunu izah etməyə çalışdım anacq razı sala bilmədim. Yenə də məruz qaldıqları bütün təzyiqlərə baxmayaraq, ailəm şəxsi həyatımın gizli qalması üçün apardığım mübarizədə məni daim dəstəklədilər. 2014-cü ildə köhnə sevgilim, ‘Qaralama’ iddiası ilə günahkar göstərildi və bir il azadlıqdan məhrum edildi.

Daha sonra o da məni, maddi təzminat alması üçün şikayet etdi.  Bütün bu olan hadisələr artıq məni tamami ilə yormuşdu və şikayətimi geriyə çəkdim. Cəzalandırılmadı və həbsə getmədi. Məhkəmənin onu günahkar görməsi mənə kifayət idi. Artıq bütün olanları unudub həyatıma rahat davam edə biləcəyimi fikirləşmişdim ancaq helə deyildi.

‘Trol’lar görüntüləri yaydı

2012-ci ildə Misirdəki Tahrir Meydanı etirazlarının başlanmasından bir il sonra – Qızların İnqilabı adlı bir qrup yaratmışdım. Twetter’da ‘hashgtag’ olaraq başlatdığım kampaniya böyüyərək gənc qadınların dəyişmək üçün qatıldığı bir hərəkata çevrildi. Öz ölkəmizdə heç bir haqımızın olmadığını hiss edirdik.

Bu hərəkat ilə birlikdə hicabımı çıxartmağa qərar verdim və Misirdəki qadınların haqqları mövzusunda sosial media və televiziyada daha açıq şəkildə danışmağa başladım

yaaz.az photo kader ahmed

Bu bir çox kişilərin etirazına səbəb oldu və məni sosial media vasitəsi ilə təhqir etməyə başladılar. 2014-cü ilin oktyabr ayında bir trol, rəqs videomu paylaşaraq “Baxın, bu da Kader Ahmed, Misirli qızlarımızı yoldan çıxartmağa çalışır” deyə yazdı. “Bu da onun fahişə olduğunu sübut edən bir video” şəklində sosial mediada paylaşımlar artı.

Mənim üçün qırılma nöqtəsi də məhs elə bu oldu. Hirsimnən partdayırdım. “Təhdid edilməyi, şantajı, qadın bədəninə sahib olduğum üçün utandırılmağı rədd edirəm. Bədənim ilə bağlı bundan sonra heç bir günah hiss etməyəcəm və qorxmayacam” dedim.

Bədənimdən utanmıram

Rəqs videomu bütün dünyanın görməsi üçün öz Facebook hesabımda paylaşdım və bu sözləri başlıqda yazdım:

Bir qrup kişilər, rəfiqələrimin evində rəqs etdiyim bu videonu paylaşaraq məni kiçiltməyə çalışırlar. Bu videonu paylaşaraq elan edirəm ki, bəli videodakı mən özüməm. Bədənimdən utanmıram. Məni ləkələməyə çalışan insanlara sözüm budur: Bir feminist olaraq qadın bədəni ilə bağlı Şərq cəmiyyətlərindəki təzyiqli yanaşma təffəkküründən coxdan uzaqlaşmışam. Mənə sevinc bəxş edən rəqsdən utanmıram. Bacımın toyunda da qısa paltar ilə rəqs etmişdim. Sualım kişilərədir: Sizi bu məsələdə narahat edən nədir axı? Mənim bir tərbiyəsiz olduğımmu, yoxsa tərbiyəsiz olaraq sizin ilə yatmadığımmı? Bədənim bir utanc göstəricisi deyildir. Bu videoda utanmağıma səbəb ola biləcək heç bir şey yoxdur.

Bu yazım Misirdə çox qısa bir vaxtda yayıldı. Bir çox insan mənə dəstək oldu və nə qədər cəsur olduğumu yazdı. Dostlarım mənə zəng vuraraq arxamda olduqlarını söylədilər.  Beləcə keçən 5 ildə bütün qorxularıma qalib gəldim. Bütün yaşanan hadisələrin qarşısına böyük bir divar hördüm.yaaz.az photo kader ahmed

Hekayəmi mənim kimi təhdid edilən qadınları cəsarətləndirmək üçün paylaşıram. Sizə bunları demək istəyirəm: Əsla tək deyilsiniz. Mən də eyni mübarizədən keçmişəm. Bəzən özümü çarəsiz, zəif hiss etmişəm və utanmışam. Hətda bəzən tamamən bir bina tək çökmüşəm. Sizə “döyüşün” deməyə haqqım yoxdur ancaq güvəndiyiniz bir insandan köməklik istəməlisiniz. Kömək istədiyiniz vaxt təklik hissi və qorxu azalır. Birlikdə bizi qorxudan və utandıran bu mədəniyyəti dəyişdirə bilərik. Bu şəkildə, bir olaraq dünyanı qadınlar üçün daha güvənli bir yerə çevirə bilərik.