Futbol

Millimizin futbolçusu “Arsenal” və “Manchester United”in maraq dairəsində

Ozancan Kökçü
806views

Azərbaycanın gənclər millisinin debütantı Ozancan Kökçü yenidən Hollandiya mətbuatının gündəminə gəlib.

Hollandlar 18 yaşlı yarımmüdafiəçinin tezliklə İngiltərəyə köçəcəyini düşünürlər.

Həm Ozancan, həm də onun 16 yaşlı qardaşı Orkun Kökçü Premyer Liqa klublarının maraq dairəsindədir. Millimizin üzvünü “Mançester Siti”dən sonra “Arsenal” və “Mançester Yunayted” də transfer etmək niyyətinə düşüb. İngilis klubları Hollandiyanın U-17 yığmasına çağırılan Orkunun da xidmətində maraqlıdır. Qardaşları eyni zamanda almaniyalı və ispaniyalı skautlar da müntəzəm izləyirlər.

“Feyenoord”dan ayrılması gözlənilən Ozancanla qardaşı Orkun Hollandiyanın ən istedadlı gəncləri hesab edilirlər. Onlara bu ölkədə “de Bur” qardaşları deyilir. Eyni mövqedə oynamasalar da, Frank de Bur və Ronald de Bur kimi bacarıqlı və komandanı arxasınca aparacaq potensiala malik olduqları düşünülür. İngilislər isə Kökçü qardaşlarını Nevill (Qari-Fil) qardaşları ilə müqayisə edirlər.

Qeyd edək ki, Hollandiya və Türkiyə yığmalarının da gündəmində olan Ozancan Kökçünün tezliklə Azərbaycanın əsas millisinə dəvət edilməsi gözlənilir.