Futbol

Millimiz inamlı qələbə ilə başladı

242views

Kolumbiyada futzal üzrə dünya çempionatının final mərhələsi keçirilir. Mundialda ilk dəfə Azərbaycan milli komandası da iştirak edir. F qrupunda mübarizə aparan futzalçılarımız 1-ci turda Afrika çempionu Mərakeş komandası ilə qarşılaşıb.

Oyun komandamızın üstünlüyü şəraitində keçib və bu, fasiləyə 5 dəqiqə qalmış bəhrəsini verib – 15-ci dəqiqədə Vassura hesabı açıb. Az sonra o, dubl edib.

İkinci hissədə də üstünlüyünü davam etdirən millimiz 29-cu dəqiqədə Qallo, 31-də isə Tyaqo Bolina ilə fərqi 4 topa yüksəldib. Matçda son nöqtəni final fitinə 7 dəqiqə qalmış het-trikini rəsmiləşdirən Vassura qoyub. Beləliklə, Azərbaycan millisi futzal üzrə dünya çempionatının final mərhələsinə Afrika çempionu Mərakeş komandası üzərində 5:0 hesablı qalibiyyətlə başlayıb.

F qrupunun digər görüşündə isə İran və İspaniya futzalçıları üz-üzə gəliblər. Qarşılaşma Avropa təmsilçisinin qələbəsi ilə yekunlaşıb – 5-1.
İlk turdan sonra yarış cədvəlində vəziyyət belədir:

  1. Azərbaycan-3 xal
  2. İspaniya-3 xal
  3. İran-0 xal
  4. Mərakeş-0 xal
Elnur Cəfərov
idman xəbərləri yazarı