Futbol

Millimiz 3 pillə irəlilədi

239views

FİFA-nın yeni reytinq cədvəli açıqlanıb. Milli komandamız 3 pillə irəliləyərək, 133-cü sıraya yüksəlib. Komandamızın aktivində 252 xal var.

Dünya çempionatının seçmə mərhələsindəki rəqiblərimizdən ən yaxşı göstəriciyə malik olan Almaniya yığmasıdır – 3-cü yer (1347 xal). Şimali İrlandiya 798 xalla 30-cu yeri tutur. Çex Respublikası 33-cü pillədə qərarlaşıb. Oktyabrın 8-də Bakıda qəbul edəcəyimiz Norveç komandası 487 xalla 70-ci pillədədir. San-Marino komandası 201-ci sıradadır.

Reytinq cədvəlinə 1646 xalla Argentina başçılıq edir. Belçika 2-ci, Almaniya 3-cü yeri tutur. Kolumbiya 4-cü, Braziliya isə 5-ci pillədədir.

Elnur Cəfərov
idman xəbərləri yazarı