Cihazlar

Microsoft, MacBook`a video kliplə sataşıb

347views

Microsoft, Apple məhsullarını hədəf alan televiziya reklamlarının yayımını davam etdirir. Microsoft son videoda bu dəfə MacBook kompüterinə sataşıb.

Samsung bu günə qədər mobil dünyasındakı bir nömrəli rəqibi Apple`ı hədəf alan bir çox reklam yayınlayıb. Cənubi Koreyalı istehsalçı reklamlarında Apple məhsullarına yer verərək bu ənənəni davam etdirir.

Bir müddətlik Samsungun rolunu Microsof`un davam etdiyi müşahidə olunub. Mobil platformada ümid etdiyini tapa bilməyən Microsoft rəqibini masaüstü mərkəzli məhsullarla vurmağa çalışır.

Avqustun əvvəlində Surface Pro 4 və 12.9 düym ekranlı iPad Pro’nun baş rolda olduğu bir televiziya reklamı nəşr edən Microsoft, 2-si 1 arada kompüter bazarında rəqabətin qızışdığı bir dövrdə Surface Pro 4ün rəqibi qarşısındakı üstünlüklərini lağ bir dillə yansıtmıştı.

https://www.youtube.com/watch?v=DUOttPF4UTo

 

Microsoftun hədəfində bu dəfə MacBook var.

Microsoft, Apple məhsullarından bu dəfə MacBook kompüterini hədəf alan bir televiziya reklamı yayınladı. Musiqi ilə təqdim edilən videoda Surface Pro 4-ün çıxarıla bilən klaviatura, qələm dəstəyi və “touch screen” xüsusiyyətləri ön plana çıxarılır.

Microsoft, reklamda MacBook-un sıradan, düz və yavaş olduğunu ifadə edir. 30 saniyəlik videoda ağıllarda qalan cümlə isə “touch screen”, çıxarıla bilən klaviatura və qələmdən məhrum MacBook’un pişik kepkası qədər faydalı olduğu tənqidi oldu.

Daha əvvəl Samsunga heç bir cavab verməyən Applenin Microsofta qarşı da bənzər rəftarı davam etdirəcəyini söyləyə bilərik.