Rio 2016

Michael Phelps 21-ci dəfə Olimpiya çempionu oldu

266views

Dünən Michael Phelps üçün daha bir uğurlu gecə oldu. Rio de Janeyroda yerləşən su idmanı növləri üzrə Olimpiya stadionunda keçirilən üzgüçülük yarışlarında Amerikalı məhşur üzgüçü  daha 2 qızıl medal qazanaraq 21 qat Olimpiya çempionu oldu. Bu Phelpsin ümumilikdə 25 ci Olimpiya medalı oldu.

Phelps 2004-cü il Afina olimpiyadasında  8 medal (6 qızıl ,2 bürünc) , 2008 Pekin yay olimpiya oyunlarında 8 qızıl , 2012 London Olimpiyadasında 6 medal (4 qızıl,2 gümüş) , RİO-2016-da isə 3 qızıl qazanıb.

Elnur Cəfərov
idman xəbərləri yazarı