MaraqlıMəşhurlar

Michael Jackson’un qızı Paris Jackson: “Atamı öldürüblər”

Paris Jackson
916views

Əfsanəvi pop ulduzu Michael Jackson’un qızı Paris Jackson, ABŞ-da Rolling Stone jurnalına verdiyi müsahibədə, atasının ölümünün bir “uydurma” olduğunu bildirib.

Michael Jackson 25 iyun 2009-cu ildə 50 yaşında həyatını itirmişdi.

Jacksonun həddindən artıq dozalı güclü sakitləşdirici olan Propofol qəbul etdiyi və sonra keçirdiyi infarkt nəticəsində həyatını itirdiyi açıqlanmışdı.

Atası öldüyü zaman 11 yaşında olan Paris isə, Michael Jacksonun ölümünün arxasında başqa səbəblərin olduğunu və bunun müəyyən insanlar tərəfindən planlaşdırıldığını bidlirib.

Paris, atasının ona ‘Məni bir gün öldürəcəklər’ dediyini açıqlayıb.

Xatırladaq ki, Jacksonun ölümüylə əlaqədar həyata keçirilən iddiada həkimi Conrad Murray, qəsdsiz ölümə səbəb olmaqdan günahkar bilinmişdi.

yaaz.az Paris Jackson 2017

Paris, müsahibə götürən Brian Hiatt’in “Atanızın öldürüldüyünə inanırsınız?” sualına “Qətiliklə” cavabını verib. Paris, “Bu olduqca aydın məsələdi. Bütün oxlar buna işarədir. Atamın əsl pərəstişkarları və ailənin hər bir üzvü bunu bilir. Ölümü planlaşdırılmışdı. Onu öldürmək istəyən bir çox insan var idi”

Michael Jacksonun bioloji atası olmadığı iddialarını da təkzib edən Pris, “O mənim atamdır və hər zaman atam olaraq qalacaq. Onu həqiqətən tanıyan insanlar məndə onu görə bildiklərini söyləyir” deyə bildirib.

Qeyd edək ki, 18 yaşındakı Paris, modellik və aktyorluq karyerasını davam etdirir.