Siyasət

Mevlüt Çavuşoğlu’ndan erməni millət vəkilinə sərt cavab

213views

Ermənistan Millət vəkili Nahapetyan’ın Türkiyənin İŞİD’ə dəstək olduğu barədə söylədiyi fikirlərə Türkiyə Xarici İşlər Naziri Çavuşoğlu sərt reaksiya verib.

Türkiyə Xarici İşlər Naziri Mevlüt Çavuşoğlu, İstanbulda təşkil edilən NATO PA 62. Ümumi Məclisində çıxış edib.

Çavuşoğlu’nun çıxışının ardından söz istəyən Ermənistan Millət vəkili Koryun Nahapetyan, həmişə etdikləri kimi, Türkiyəyə qarşı ittihamlara keçib.

Nahapetyan’ın Türkiyənin İŞİD’ə dəstək verdiyi istiqamətindəki fikirlərinə cavab olaraq, Nazir Çavuşoğlu əsəbləşərək sərt reaksiya verib:

“Müxtəlif düşüncələrə sahib ola bilərik. Amma əvvəl dürüst olmalısınız. Nəzərə alsaq ki siz siyasətçisiniz o zaman daha çox dürüst olmalısınız. Təəssüf ki, ermənilər heç vaxt dürüst olmayıblar. Siz axı necə bunu deyə bilərsiniz ki, İŞİD’ə dəstək oluruq. Bu günə qədər hansı ölkə Türkiyənin öldürdüyü qədər İŞİD terroristini öldürüb? Ancaq siz, utanmazcasına bunu deyirsiniz “

Olduqca əsəbi görünən Çavuşoğlu, ardından Qarabağ məsələsinə toxunaraq, Ermənistanın işğalçı ölkə olduğunu sərt  şəkildə dilə gətirib:

“Sizi dinlədiyim zaman sanki bir sülh mələyisiniz. Mən sizə bir sual vermək istəyirəm. BMT-nin qətnamələrində sizin Azərbaycan torpaqlarını işğal etdiyiniz yoxdurmu? Qarabağı mənmi işğal etdim? Siz işğal etdiniz. Qarabağdan niyə çəkilmirsiniz? Sizə bir şərt qoyduq – Azərbaycanın torpaqlarından çəkilərsəniz, sərhədləri açarıq. Azərbaycan bizim qardaş ölkəmizdir”.